Ucuz təyyarə biletləri

"Sumqayıt"a təklif: Mehdi Hüseynzadə adına stadionda oynayın - YAZI

Tarix:  17.01.18 18:01           Yazar:  Rekord.az           Oxunub: 618 dəfə

Xəbər verdiyimiz kimi, mart ayından etibarən "Sumqayıt"ın ev oyunlarını keçirdiyi "Kapital Bank Arena" təmirə bağlanır. Belə ki, stadionun süni örtüyü təbii örtüklə əvəzlənəcək. Bu proses isə bir neçə ay sürəcəyindən komanda müvəqqəti olaraq, ev oyunlarını başqa stadionda keçirməlidir.  İş də elə gətirib ki, sumqayıtlılar tarixlərində ilk dəfə avrokuboklara bu qədər yaxındılar və belə olan haıda mövsümün qızğın vaxtında stadion dəyişikliyi heç yerinə düşməyəcək. Xüsusilə də "Sumqayıt" üçün çox vacib əhəmiyyət daşıyan ölkə kubokunun yarımfinal matçları da təmir dövrünə düşəcək. Heç kimə də sirr deyil ki, rəqibini Sumqayıtdan kənarda qəbul etmək komandanın oyununa da birbaşa təsir edəcək.

 

Artıq klub rəhbərliyi indidən stadion axtarışına çıxıb və Bakıda komanda üçün uyğun stadion axtarır. Amma mən düşünürəm ki, heç Bakıya getməyə gərək yoxdur. Qulağının dibində Mehdi Hüseynzadə adına stadion olandan sonra dağa-daşa niyə düşməlisən? Kimlərsə deyə bilər ki, orda şərait yaxşı deyil, ot örtüyü bərbaddı və s. Amma xeyr. Əminliklə deyərdim ki, rəhbərlik istəsə "Kapital Bank Arena" təmirdə olduğu dövrdə ev oyunlarını çox rahatlıqla Mehdi Hüseynzadə adına stadionda keçirə bilərlər. Şəxsən mən burada heç bir problem görmürəm. 

 

Bəli, etiraf edək ki, Sumqayıtın mərkəzi stadionunda şərait ideal deyil. Amma bərbad da deyil. Elə "Sumqayıt" 2013-cü ilə kimi ev oyunlarını məhz bu stadionda keçirib. Arenanın soyunub-geyinmə otaqları 2011-ci ildə tam təmir olunub və yaxşı vəziyyətdədir. Ot örtüyünə gəlincə, qış aylarında təbii örtüklü qazonun ideal olmaması normaldı. Amma Sumqayıtda yaşayan futbol azarkeşləri, futbol adamları mənimlə razılaşar ki, aprel və may aylarında Mehdi Hüseynzadə adına stadionun ot örtüyü yaxşı vəziyyətdə olur. Üstəlik, "Sumqayıt" bu stadionda oynamağa qərar versə, stadion rəhbərliyi maksimum güc sərf edərək qazonu normal vəziyyətə gətirə bilər. Çünki orda çalışan insanların peşəkarlığına şübhəm yoxdur. Qəzalı vəziyyətdə olan projektorlar da çoxdan sökülüb və bu baxımdan da təhlükə yoxdur. Yalnız bir sektorda qəzalı vəziyyət olduğu deyilmişdi və bir ara oranı lentlə əhatəyə də almışdılar. Lakin sonradan məlum oldu ki, durum ciddi deyil. Bir sözlə, "Sumqayıt" istəsə, PFL-in də bu stadiona qarşı çıxmağa ciddi əsası qalmayacaq. Belə baxanda Gəncə stadionu yaxın zamanlara kimi daha bərbad durumda idi. Hətta ayaqyolu da yox idi. Üstəlik, tribunalardan biri də qəzalı vəziyyətdə idi. Amma PFL orada çempionat oyunları keçirilməsinə icazə vermişdi. Elə isə Mehdi Hüseynzadə adına stadiona hansı məntiqlə qadağa qoyula bilər ki?

 

Bir sözlə, "Sumqayıt" rəhbərliyi bu məsələ haqda düşünsə yaxşı olar. Həm unutmayaq ki, Mehdi Hüseynzadə adına stadion sumqayıtlılar üçün çox doğmadır və "Sumqayıt" bu stadionda şəhər üçün daha da doğmalaşacaq. Bundan başqa, oyunlara daha çox azarkeş gələcək ki, bu da "Kapital Bank Arena" ilə müqayisədə azarkeş sayının qat-qat çox olacağı deməkdir. Halbuki "Sumqayıt" ev oyunlarını Bakıda keçirsə bu baxımdan ciddi itki ilə üzləşəcək. Hər halda düşünməyinə dəyər.

 

Anar XANLAROV

* Xəbərə şərh yoxdur
Adınız
E-mail adresiniz
Şərhiniz
Rövnəq Abdullayevin Qurban Qurbanovun təyinatı haqda danışdığı - VİDEO
2017-11-03  // 8 Comments
Köşə yazıları
Amal Abuşov
“Qarabağ”ı gözləyən çətin sınaq
2018-02-20  // 0 Şərh
Amal Abuşov
Harda qalmışdıq?
2018-02-12  // 0 Şərh
Sorgu
Sizcə "Qarabağ" Avropa Liqasının qrupundan çıxa biləcək?
Bəli
En chox oxunanlar
Tərlan Əhmədov getsə, onun yerinə kim gələcək?
“Neftçi”yə keçməkdən imtina edən Fazil Əsədov: “Qarabağ”ın haqqına girmişdik” - MÜSAHİBƏ
Orxan Hüseynzadənin ardından köməkçisi də "Neftçi"dən göndərildi
Şahin Diniyevin əsas komandaya cəlb etdiyi futbolçu "Qarabağ"a keçdi
“Sumqayıt”ın yeni prezidentinin adı məlum oldu - ÖZƏL!
"Ramin Musayev kimdir ki, onun çempionatı ola?" - MÜSAHİBƏ
Rəşad Sadıqov məcburiyyətdən meydançaya çıxır
"Kəpəz"in və AFFA-nın yalanı üzə çıxdı: "Siz müsbət 3-5 dərəcəyə soyuq deyirsizsə, Sibirdəkilər nə etsin?"
"Neftçi"də yoxlama aparılıb
“Qarabağ”la “Keşlə”dən tək qolla 3 xal

Xəbər Lenti
20 Fevral 2018
19:00 Bombardir fərqi 5-ə yüksəltdi
18:43 EKOL büdrədi, “Araz” yenə qalib gəldi
18:22 Azərbaycan - Makedoniya matçının başlama saatı dəqiqləşdi
18:00 Bədavi Hüseynov yalnız apreldə futbola dönə bilər
17:40 Premyer Liqada 17-ci turun oyun cədvəli
17:24 “Bayıl Arena”da bir gündə iki çempionat oyunu
17:00 Şahin Diniyevin əsas komandaya cəlb etdiyi futbolçu "Qarabağ"a keçdi
16:40 Birinci Divizionda 15-ci turun oyun cədvəli
16:24 “Səbail” - “Qarabağ” matçında 5 qol - VİDEO
15:33 “Sumqayıt” “Keşlə” ilə oyunun hazırlığına başladı
15:29 Bakıda keçirilən Borçalı çempionatının qalibi məlum oldu
15:18 “Sumqayıt”ın yeni prezidentinin adı məlum oldu - ÖZƏL!
15:00 "Keşlə"də yeni qayda: əməl etməyən 500 manat cəzalanacaq
14:42 Yığma komandalarımız Kiyevə bu heyətlə yollanır
14:20 “Neftçi” “Zirə”yə qarşı: Başlama saatı bilindi
14:00 Orxan Hüseynzadə və Kamran Quliyev haqda bu faktı bilirsiniz?
13:42 Seçmə mərhələ yarışları keçiriləcək
13:20 PFL Premyer Liqa ilə kubokun təqvimini dəyişdi
13:00 Diniyevi bəyənməyib, onun bəyəndiyinə möhtac qalanlar - YAZI
12:49 Yığmamızın oyunlarının vaxtı müəyyənləşdi
12:34 “Qarabağ”ı gözləyən çətin sınaq
12:00 Gəncə stadionunda işlərə yenidən ara verildi
11:47 Boksçularımızdan bir qələbə, iki məğlubiyyət
11:21 “Beşiktaş” millimizin qapıçısını icarəyə verdi
11:00 "Ramin Musayev kimdir ki, onun çempionatı ola?" - MÜSAHİBƏ
10:30 Ziya Əzizov PSV-yə qarşı 90 dəqiqə oynadı
10:00 Ayxan Abbasov Qəbələdə döyülüb? - özü açıqlama verdi
19 Fevral 2018
23:45 Millimizin hücumçusu ehtiyatda qaldı
23:30 ÇL: Azərbaycan klubu yenə uduzdu
22:11 Rövlan debüt etdi, Fərid qol vurdu, “Slaviya” 8 qola üzüldü
21:30 Azərbaycan çempionatı öncəsi seminar
21:00 “Səbail” - “Qarabağ” matçında 5 qol
20:40 “Region Liqası”nın iştirakçıları ilə görüş - FOTOLAR
20:22 Millimiz Qomelə yollandı
20:00 16-cı turun hakimləri bəlli oldu
19:40 Heydər Məmmədəliyevə AGF-nin Fəxri Diplomu verildi - VİDEO
19:21 Rafael Ağayevdən qızıl medal
19:00 Ozobiç 60-a çatdı, Dabo Kamananı keçdi
18:40 Azərbaycan çempionatlarının ilk uqandalısı
18:21 “Xəzər Lənkəran”ın üzvü millidə
18:00 Tərlan Əhmədov getsə, onun yerinə kim gələcək?
17:41 Amit Quluzadə Kosovoda debüt etdi
17:20 Maksimovun ilk qələbəsi 300-cü qolla gəldi
17:00 Rəşad Sadıqov məcburiyyətdən meydançaya çıxır
16:40 Yenə “Qarabağ”, yenə Mədətov
16:22 Eratsız “Duysburq” ikinci dövrəyə məğlubiyyətlə başladı
15:45 AFFA-dan göndərilən məşqçi özünə yeni iş yeri tapdı
15:24 Hansı ölkə qızıl medala görə idmançısına daha çox pul verir?
15:00 "Kəpəz"in və AFFA-nın yalanı üzə çıxdı: "Siz müsbət 3-5 dərəcəyə soyuq deyirsizsə, Sibirdəkilər nə etsin?"
14:45 "Borussiya" M - "Borussiya" D 0:1 - VİDEO
Bütün xəbərlər

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.