Ucuz təyyarə biletləri

Elxan Məmmədov: "Media Komitəsi büdcəni keçibsə, layihələr olmayacaq"

Tarix:  17.01.18 19:01           Yazar:  Rekord.az           Oxunub: 151 dəfə

AFFA yanında Media Komitəsinin gələcək taleyinə milli assosiasiyanın baş katibi Elxan Məmmədov aydınlıq gətirib.

 

Rekord.az xəbər verir ki, baş katib report.az-a açıqlamasında bildirib ki, AFFA İcraiyyə Komitəsinə (İK) təqdim olunması üçün Media Komitəsinin fəaliyyətinə dair illik hesabat hazırlanır.

 

Onun sözlərinə görə, komitənin fəaliyyətini davam etdirib-etdirməməsi İK-nın qərarından asılı olacaq: “İcraiyyə Komitəsi təsdiqləsə, Media Komitəsi fəaliyyətini davam etdirəcək. Təsdiqləməsə, davam etdirməyəcək. İK "formatı dəyişdirilsin" desə, dəyişdiriləcək. Nə qərar veriləcəksə, katiblik də ona uyğun icra edəcək. Unutmayaq ki, maliyyə ili dekabrdan-dekabradəkdir".

 

Baş katib Media Komitəsinin illik büdcəni aşdığına dair söz-söhbətlərə də reaksiya verib: "Media Komitəsinin öz büdcəsi var. Büdcə çərçivəsində görülən və büdcədənkənar işlər olur. Büdcədən kənara çıxmaların olub-olmadığını bilmək üçün isə baxmaq lazımdır: Büdcəni keçiblərsə, daha layihələr olmayacaq. Əks halda, yeni layihələr olacaq. Büdcəni aşıb-aşmadıqlarını indidən deyə bilmərəm. Bundan ötrü AFFA-nın baş mühasibi Xalid Cavadovdan arayış almalıyam. Hələlik almamışam. Alsam, ilk növbədə, mətbuata deyil, əvvəlcə Media Komitəsinə, sonra isə İK-ya bildirəcəyik. Yanvar – mart ayları üçün yeni layihənin olub-olmayacağını isə Media Komitəsinin sədri Mahir Rüstəmli açıqlaya bilər”.

 

Baş katib deyib ki, Media Komitəsinin fəaliyyəti daha çox sosial yönümlüdür: “Bu komitə yaradılanda və İcraiyyə Komitəsi büdcəni təsdiqləyəndə biz bunu dəstək və yardım üçün etmək istəmişdik. Təşəbbüs bundan ibarət idi. Peşəkarlığı, idman, xüsusən futbol mətbuatına marağı artırmaq niyyətində idik. Əlavə olaraq, Media Komitəsi digər federasiyalarla da işləyərək ayrıca fəaliyyət göstərməli idi. Biz bu işdə bir təkan olmalı idik”.

 

E.Məmmədov Media Komitəsi ilə yanaşı, Məşqçilər Komitəsinin də fəaliyyətini dayandıracağı barədə iddialara isə belə münasibət bildirib: “Məşqçilər Komitəsi tam ayrı fəaliyyəti nəzərdə tutur. Birincisi, bu komitənin sədri Vaqif Sadıqov İcraiyyə Komitəsinin üzvüdür. Yəni rəhbərlik etdiyi komitə ilə bağlı sualı ona ünvanlasanız, daha yaxşı olar. Bəzi jurnalistlər və bloqqerlər hər şey yaza bilərlər. Amma bu, o demək deyil ki, belə məsələlər gündəmdədir. Ümumiyyətlə, komitələrin fəaliyyəti tamamilə fərqlidir. Axı, Məşqçilər Komitəsini Media Komitəsi ilə necə müqayisə etmək olar? Onların bir-birindən tamamilə fərqli fəaliyyətləri var. Sayları da, büdcələri də, məqsədləri də tam fərqlidir. Ona görə də işin içində olmayanlar belə mövzuda yazı yaza bilərlər. Onda gəlin, İntizam Komitəsini də, Apellyasiya Komitəsini də, Apellyasiya Arbitraj Tribunalını da, bir sözlə, bütün komitələri müzakirə edək. Düzü, bu, gülməli görünür”.

 

Qeyd edək ki, AFFA yanında Media Komitəsi 2016-cı il fevralın 19-da yaradılıb.

* Xəbərə şərh yoxdur
Adınız
E-mail adresiniz
Şərhiniz
Rövnəq Abdullayevin Qurban Qurbanovun təyinatı haqda danışdığı - VİDEO
2017-11-03  // 8 Comments
Köşə yazıları
Amal Abuşov
“Qarabağ”ı gözləyən çətin sınaq
2018-02-20  // 0 Şərh
Amal Abuşov
Harda qalmışdıq?
2018-02-12  // 0 Şərh
Sorgu
Sizcə "Qarabağ" Avropa Liqasının qrupundan çıxa biləcək?
Bəli
En chox oxunanlar
Tərlan Əhmədov getsə, onun yerinə kim gələcək?
“Neftçi”yə keçməkdən imtina edən Fazil Əsədov: “Qarabağ”ın haqqına girmişdik” - MÜSAHİBƏ
Orxan Hüseynzadənin ardından köməkçisi də "Neftçi"dən göndərildi
Şahin Diniyevin əsas komandaya cəlb etdiyi futbolçu "Qarabağ"a keçdi
“Sumqayıt”ın yeni prezidentinin adı məlum oldu - ÖZƏL!
"Ramin Musayev kimdir ki, onun çempionatı ola?" - MÜSAHİBƏ
Rəşad Sadıqov məcburiyyətdən meydançaya çıxır
"Kəpəz"in və AFFA-nın yalanı üzə çıxdı: "Siz müsbət 3-5 dərəcəyə soyuq deyirsizsə, Sibirdəkilər nə etsin?"
"Neftçi"də yoxlama aparılıb
“Qarabağ”la “Keşlə”dən tək qolla 3 xal

Xəbər Lenti
20 Fevral 2018
19:00 Bombardir fərqi 5-ə yüksəltdi
18:43 EKOL büdrədi, “Araz” yenə qalib gəldi
18:22 Azərbaycan - Makedoniya matçının başlama saatı dəqiqləşdi
18:00 Bədavi Hüseynov yalnız apreldə futbola dönə bilər
17:40 Premyer Liqada 17-ci turun oyun cədvəli
17:24 “Bayıl Arena”da bir gündə iki çempionat oyunu
17:00 Şahin Diniyevin əsas komandaya cəlb etdiyi futbolçu "Qarabağ"a keçdi
16:40 Birinci Divizionda 15-ci turun oyun cədvəli
16:24 “Səbail” - “Qarabağ” matçında 5 qol - VİDEO
15:33 “Sumqayıt” “Keşlə” ilə oyunun hazırlığına başladı
15:29 Bakıda keçirilən Borçalı çempionatının qalibi məlum oldu
15:18 “Sumqayıt”ın yeni prezidentinin adı məlum oldu - ÖZƏL!
15:00 "Keşlə"də yeni qayda: əməl etməyən 500 manat cəzalanacaq
14:42 Yığma komandalarımız Kiyevə bu heyətlə yollanır
14:20 “Neftçi” “Zirə”yə qarşı: Başlama saatı bilindi
14:00 Orxan Hüseynzadə və Kamran Quliyev haqda bu faktı bilirsiniz?
13:42 Seçmə mərhələ yarışları keçiriləcək
13:20 PFL Premyer Liqa ilə kubokun təqvimini dəyişdi
13:00 Diniyevi bəyənməyib, onun bəyəndiyinə möhtac qalanlar - YAZI
12:49 Yığmamızın oyunlarının vaxtı müəyyənləşdi
12:34 “Qarabağ”ı gözləyən çətin sınaq
12:00 Gəncə stadionunda işlərə yenidən ara verildi
11:47 Boksçularımızdan bir qələbə, iki məğlubiyyət
11:21 “Beşiktaş” millimizin qapıçısını icarəyə verdi
11:00 "Ramin Musayev kimdir ki, onun çempionatı ola?" - MÜSAHİBƏ
10:30 Ziya Əzizov PSV-yə qarşı 90 dəqiqə oynadı
10:00 Ayxan Abbasov Qəbələdə döyülüb? - özü açıqlama verdi
19 Fevral 2018
23:45 Millimizin hücumçusu ehtiyatda qaldı
23:30 ÇL: Azərbaycan klubu yenə uduzdu
22:11 Rövlan debüt etdi, Fərid qol vurdu, “Slaviya” 8 qola üzüldü
21:30 Azərbaycan çempionatı öncəsi seminar
21:00 “Səbail” - “Qarabağ” matçında 5 qol
20:40 “Region Liqası”nın iştirakçıları ilə görüş - FOTOLAR
20:22 Millimiz Qomelə yollandı
20:00 16-cı turun hakimləri bəlli oldu
19:40 Heydər Məmmədəliyevə AGF-nin Fəxri Diplomu verildi - VİDEO
19:21 Rafael Ağayevdən qızıl medal
19:00 Ozobiç 60-a çatdı, Dabo Kamananı keçdi
18:40 Azərbaycan çempionatlarının ilk uqandalısı
18:21 “Xəzər Lənkəran”ın üzvü millidə
18:00 Tərlan Əhmədov getsə, onun yerinə kim gələcək?
17:41 Amit Quluzadə Kosovoda debüt etdi
17:20 Maksimovun ilk qələbəsi 300-cü qolla gəldi
17:00 Rəşad Sadıqov məcburiyyətdən meydançaya çıxır
16:40 Yenə “Qarabağ”, yenə Mədətov
16:22 Eratsız “Duysburq” ikinci dövrəyə məğlubiyyətlə başladı
15:45 AFFA-dan göndərilən məşqçi özünə yeni iş yeri tapdı
15:24 Hansı ölkə qızıl medala görə idmançısına daha çox pul verir?
15:00 "Kəpəz"in və AFFA-nın yalanı üzə çıxdı: "Siz müsbət 3-5 dərəcəyə soyuq deyirsizsə, Sibirdəkilər nə etsin?"
14:45 "Borussiya" M - "Borussiya" D 0:1 - VİDEO
Bütün xəbərlər

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.