Ucuz təyyarə biletləri

Mahmud Sadıqov: “Futzal aləmində Azərbaycan millisi ilə hesablaşırlar”

Tarix:  18.01.18 19:01           Yazar:             Oxunub: 63 dəfə

Azərbaycan Futzal Federasiyasının baş katibi Mahmud Sadıqov qurumun “Facebook” səhifəsinə ünvanlanan sualları cavablandırıb.


Rekord.az sizi həmin müsahibə ilə tanış edir:


- Yüksək Liqanın arxada qalan 2 dövrəsini necə dəyərləndirirsiz?
- Dekabrın 26-da keçirilən oyunlarla Yüksək Liqada ikinci dövrəyə yekun vurduq və komandalar istirahətə yollandılar. Təbii ki, arxada qalan dövrələr haqda danışarkən, gərgin, rəqabətli oyunlar izlədiyimizi qeyd edə bilərəm. Dediklərimizin əyani sübutu turnir cədvəlidi, diqqət yetirsəniz, xeyli dəyişikliyin baş verdiyini görəcəksiz. Elə federasiya da buna nail olmaq istəyirdi. Çünki inkişaf üçün rəqabətli mühitin yaradılması mütləqdi. Federasiyanın prezidenti Zaur Axundovun rəhbərliyi ilə Azərbaycan çempionatının daha baxımlı, nüfuzlu yarış olması üçün işlər görülüb və bu proses davam etməkdədi. Onu da qeyd edim ki, yanvarın 1-dən etibarən isə “transfer pəncərəsi” açılıb və istənilən keçidin baş tutması üçün tam zəmin yaradılıb. Komandalar özləri arxada qalan 2 dövrənin təhlilini aparıb, heyətlə bağlı qərarlar verə bilərlər.


- Cari mövsümdə hansı yeniliklər tətbiq olundu?
- Yeniliklərdən biri federasiyada yeni şöbənin – mətbuat xidmətinin yaradılması ilə bağlı oldu. Bu da zamanın tələbindən irəli gəldi. Çünki bu vaxta qədər bizdə belə şöbə yox idi. Əlbəttə, bu şöbənin yaradılması federasiya ilə media arasındakı münasibətlərin qurulmasına müsbət mənada kömək etdi. Təəssüf ki, hələ rəsmi saytımız fəaliyyət göstərmir, amma facebook səhifəsi vasitəsilə lazım olan informasiya mediaya və ictimaiyyətə çatdırılır. Mətbuat xidmətinə rəhbərlik edən Mahal Məmmədovun işindən razıyıq. O, mediayla aramızda körpü yarada bilib. Jurnalistlər üçün artıq federasiyamızla bağlı bir informasiya mənbəyi var ki, bundan sonra lazım olan məlumatı rahat şəkildə əldə edə bilsinlər. Medianın xüsusilə də Yüksək Liqanın oyunlarına marağının artması, xəbər lentlərində mütəmadi futzalla bağlı bilgilərin yer alması bizi məmnun edir. Yeniliklərdən biri də mövsümdən əvvəl bütün oyunçuların AFFA-nın qeydiyyat bazasında qeydiyyatdan keçməsi və oyunçu lisenziyası əldə etməsidi.


- Yüksək Liqada hər turun bir oyunu "CBC Sport" televiziya kanalında canlı yayımlanır. Futzalın mavi ekrana dönüşünün bəhrəsi hiss olunur?
- Uzun fasilədən sonra ölkə çempionatının oyunları efirə qaytarıldı. "CBC Sport" artıq federasiyamızla əməkdaşlığa başlayıb. Fürsətdən istifadə edib, kanalın rəhbərliyinə təşəkkürümüzü bildiririk. Yüksək Liqada hər turun mərkəzi oyunu canlı yayımlanır. Əməkdaşlığımızın uzunmüddətli olacağına, mövsümün qalan turlarından da oyunların mavi ekranlara gətiriləcəyinə ümid edirik. Əlbəttə, matçların yayımlanması futzala marağın artmasına, bu idman oyununun təbliğinə və auditoriya yığmasına kömək edəcək. Artıq bunun cücərtiləri hiss olunur. Futzalın inkişafı üçün bu addımın böyük əhəmiyyəti var.


- Debütantlar necə, ümidləri doğrulda bilirmi?
- İki komanda – “FK.İD.Futsal” və “Marafon Futsal” Yüksək Liqada debüt edir. Turnir cədvəli onların çıxışı haqda müsbət fikir söyləməyə əsas verir. “Marafon Futsal” fasiləyə 2-ci, “FK.İD.Futsal” isə 4-cü pillədə yollanıb. Təsəvvür edin, debütant “Marafon” 12 oyundan cəmi 3-də xal qazana bilməyib. Aktivində 9 qələbəsi olan bu komanda liderin ən yaxın izləyicisidi və cəmi 7 xal geri qalır. Əvvəlki illərdə “Araz” ən azı 15 xal fərqi ilə üstünlük qazanırdı. İndi rəqibin nəfəsini hiss edir. Üstəlik, lider ən yaxın izləyicisi “Marafon Futsal”la hər iki oyunda qələbə qazansa da, buna çətinliklə nail oldu. “FK.İD.Futsal”a gəldikdə, komanda tamamailə yerli oyunçulardan qurulub, öz dəsti-xətti var. Hər iki komandada baş məşqçi işi hiss olunur. Belə deyək də, bura qədər ümidləri doğruldublar, hətta bir qədər irəli addım atıblar.


- Bütün oyunları izləmisiz. Müşahidələriniz kimləri tapıntı kimi tədim etməyə imkan verir?
- Əlbəttə, istedadlı futzalçılarımız var. Cari mövsümdə rəqabətin artması həmin futzalçıların bir qədər püxtələşməsinə, artımasına şərait yaradır. Qeyd etmək istədiyim oyunçulardan biri “FK.İD.Futsal”ın üzvü Nihad İsmayılovdu. Müəyyən dövrlərdə o, milli komandaya da dəvət alıb. Anar Ağayev və Elvin Quliyev də diqqəti cəlb etməyi bacardılar. “Yasamal”dan Vladislav Vorobyovun adını çəkə bilərəm. 22 yaşlı futzalçının potensialı böyükdü. “Marafon Futsal”dan Seymur Məmmədov, Renat Sultanov, İlkin Hacıyev kimi futzalçılar “ikinci bahar”larını yaşayırlar. Autsayder olmasına baxmayaraq, “Xəmsə”nin heyətində də diqqətimizi cəlb edən oyunçular var. Elçin Zeynalov, Qüdrət İsmayılov, Əli Həsənov, Samir Əmirov kimi oyunçular bir qədər də üzərlərində işləsələr, istənilən komandanın heyətində görmək istədiyi futzalçılardan ola bilərlər. “Neftçi”nin kapitanı Rüfət Balakişiyev komandasını arxasınca aparmağı bacarır, lider funksiyasını yerinə yetirir. Təbii ki, hazır oyunçuların çox olması baş məşqçinin də seçim baxımından işini xeyli yüngülləşdirəcək.


- Milli ardıcıl beşinci dəfə Avropa çempionatında iştirak edəcək. Komandamızın yer aldığı qrupla bağlı nə deyə bilərsiz?
- Bu sevindirici məqamdı ki, ardıcıl beşinci dəfə Avropa çempionatının final mərhələsində Azərbaycan millisi də iştirak edəcək. Yanvarın 30-dan fevralın 10-dək Sloveniyada keçiriləcək yarışa hazırlaşmaq məqsədilə milli bu ayın 10-dan etibarən təlim-məşq toplanışına başlayıb. Hazırlıq üçün hər cür şərait yaradılıb. Təbii ki, çətin qrupda yer almışıq. İspaniya haqda çox danışmağa ehtiyac yoxdu, çünki komandanın nəticələri gücünün göstəricidi. Fransa isə debütantdı, amma keçdiyi yola diqqət yetirsək, kifayət qədər güclü rəqib olduğunu görərik. Ancaq komandanın qarşısına 1/4 finala yüksəlmək tapşırığı qoyulub. Yarımfinala yüksəlmək şansımız da var və bundan maksimum istifadə etməliyik. Artıq futzal aləmində Azərbaycan millisi ciddi rəqib kimi qəbul edilir, hesablaşırlar. Bu da bizi sevindirir və federasiyamıza verilən yüksək qiymətdi. Təsadüfi deyil ki, indi hansısa komandaya yoldaşlıq oyunu üçün müraciət edəndə dərhal razılaşır, eyni zamanda tez-tez turnirlərə dəvət edirlər.


- İranla oyun da bu nüfuzun nəticəsidi?
- Baş məşqçi yoldaşlıq oyunu keçirmək istədiyini və mümkünsə, rəqib tapılmasını istədi. Qısa vaxt ərzində bu məsələ həllini tapdı. Düzdü, əksər komandalar əvvəlcədən başqa millilərlə razılaşdığından seçim imkanımız az idi. İran yığmasının da Asiya çempionatına hazırlaşması bu oyunu hər iki komanda üçün zərurətə çevirdi. Rəqibimiz kifayət qədər güclüdü. Son dünya çempionatının bürünc mükafatçısı olmaqla yanaşı, Asiya çempionatının aşkar favoritidi. Ötən ay İranda keçirilən turnir çərçivəsində də onlarla qarşılaşmışdıq. Əlbəttə, bu oyunun ərsəyə gəlməsi həm də millimizin güclü rəqib olmasının göstəricisidi.


- Ölkə kubokunun oyunları nə vaxt keçiriləcək?
- Hər il olduğu kimi, çempionatla bərabər kubok oyunları da keçirilir. Hazırda milli komandamız Avropa çempionatının final mərhələsinə hazırlığını davam etdirir. Onların yaxşı hazırlıq keçməsi üçün kubok oyunlarını AÇ başa çatdıqdan sonra – mart ayında keçirəcəyik. Yarımfinal və final qarşılaşmalarını isə may ayında keçirməyi planlaşdırırıq.


- Yeni mövsümdə komandaların sayının artırılması gündəmdə varmı?
- Cari mövsümdə 7 komanda çıxış edir. Biz də iştirakçıların sayının cütrəqəmli olmasının tərəfdarıyıq. Cari çempionat üçün bunu reallaşdıra bilmədik, amma əlimizi yanımıza salmamışıq. Artıq növbəti çempionatla bağlı da işlər görülür. Çalışacağıq ki, komandaların sayını artıraq. Hazırda bir neçə komanda ilə danışıqlar davam etdirilir. Güman edirəm ki, yeni mömsümü 8 və ya 10 komandanın iştirakı ilə keçirək. Hətta bu rəqəmi 12-yə də çatdırıla bilər.


- Birinci Liqada da fasilə yaranıb. Ümumi mənzərə necədi?
- Yanvarın 13-də keçirilən 13-cü turun oyunlarından sonra komandalar fasiləyə yollandı. 14 komandanın yarışdığı liqada ən qızğın mübarizə ilk “9-luq” arasında gedir. Diqqət yetirsəniz, xal fərqinin az olması da bunun sübutudu. Liderlə ikinci pillədə yer alan komanda eyni xala malikdi, sadəcə, şəxsi oyunlara görə sıralama qurulub. Digər pillələrdə də vəziyyət bu cürdü. Əksər komandalar çox yaxşı oyun nümayiş etdirir. Hətta bəziləri Yüksək Liqada da çıxış edə bilər və bu istiqamətdə işlərimizi davam etdiririk. Yəqin ki, yeni mövsümün debütantları arasında hazırda Birinci Liqada oynayan komandalardan da bir neçəsini görəcəksiniz.

* Xəbərə şərh yoxdur
Adınız
E-mail adresiniz
Şərhiniz
Rövnəq Abdullayevin Qurban Qurbanovun təyinatı haqda danışdığı - VİDEO
2017-11-03  // 8 Comments
Köşə yazıları
Amal Abuşov
“Qarabağ”ı gözləyən çətin sınaq
2018-02-20  // 0 Şərh
Amal Abuşov
Harda qalmışdıq?
2018-02-12  // 0 Şərh
Sorgu
Sizcə "Qarabağ" Avropa Liqasının qrupundan çıxa biləcək?
Bəli
En chox oxunanlar
Tərlan Əhmədov getsə, onun yerinə kim gələcək?
“Neftçi”yə keçməkdən imtina edən Fazil Əsədov: “Qarabağ”ın haqqına girmişdik” - MÜSAHİBƏ
Orxan Hüseynzadənin ardından köməkçisi də "Neftçi"dən göndərildi
Şahin Diniyevin əsas komandaya cəlb etdiyi futbolçu "Qarabağ"a keçdi
“Sumqayıt”ın yeni prezidentinin adı məlum oldu - ÖZƏL!
"Ramin Musayev kimdir ki, onun çempionatı ola?" - MÜSAHİBƏ
Rəşad Sadıqov məcburiyyətdən meydançaya çıxır
"Kəpəz"in və AFFA-nın yalanı üzə çıxdı: "Siz müsbət 3-5 dərəcəyə soyuq deyirsizsə, Sibirdəkilər nə etsin?"
"Neftçi"də yoxlama aparılıb
“Qarabağ”la “Keşlə”dən tək qolla 3 xal

Xəbər Lenti
20 Fevral 2018
19:00 Bombardir fərqi 5-ə yüksəltdi
18:43 EKOL büdrədi, “Araz” yenə qalib gəldi
18:22 Azərbaycan - Makedoniya matçının başlama saatı dəqiqləşdi
18:00 Bədavi Hüseynov yalnız apreldə futbola dönə bilər
17:40 Premyer Liqada 17-ci turun oyun cədvəli
17:24 “Bayıl Arena”da bir gündə iki çempionat oyunu
17:00 Şahin Diniyevin əsas komandaya cəlb etdiyi futbolçu "Qarabağ"a keçdi
16:40 Birinci Divizionda 15-ci turun oyun cədvəli
16:24 “Səbail” - “Qarabağ” matçında 5 qol - VİDEO
15:33 “Sumqayıt” “Keşlə” ilə oyunun hazırlığına başladı
15:29 Bakıda keçirilən Borçalı çempionatının qalibi məlum oldu
15:18 “Sumqayıt”ın yeni prezidentinin adı məlum oldu - ÖZƏL!
15:00 "Keşlə"də yeni qayda: əməl etməyən 500 manat cəzalanacaq
14:42 Yığma komandalarımız Kiyevə bu heyətlə yollanır
14:20 “Neftçi” “Zirə”yə qarşı: Başlama saatı bilindi
14:00 Orxan Hüseynzadə və Kamran Quliyev haqda bu faktı bilirsiniz?
13:42 Seçmə mərhələ yarışları keçiriləcək
13:20 PFL Premyer Liqa ilə kubokun təqvimini dəyişdi
13:00 Diniyevi bəyənməyib, onun bəyəndiyinə möhtac qalanlar - YAZI
12:49 Yığmamızın oyunlarının vaxtı müəyyənləşdi
12:34 “Qarabağ”ı gözləyən çətin sınaq
12:00 Gəncə stadionunda işlərə yenidən ara verildi
11:47 Boksçularımızdan bir qələbə, iki məğlubiyyət
11:21 “Beşiktaş” millimizin qapıçısını icarəyə verdi
11:00 "Ramin Musayev kimdir ki, onun çempionatı ola?" - MÜSAHİBƏ
10:30 Ziya Əzizov PSV-yə qarşı 90 dəqiqə oynadı
10:00 Ayxan Abbasov Qəbələdə döyülüb? - özü açıqlama verdi
19 Fevral 2018
23:45 Millimizin hücumçusu ehtiyatda qaldı
23:30 ÇL: Azərbaycan klubu yenə uduzdu
22:11 Rövlan debüt etdi, Fərid qol vurdu, “Slaviya” 8 qola üzüldü
21:30 Azərbaycan çempionatı öncəsi seminar
21:00 “Səbail” - “Qarabağ” matçında 5 qol
20:40 “Region Liqası”nın iştirakçıları ilə görüş - FOTOLAR
20:22 Millimiz Qomelə yollandı
20:00 16-cı turun hakimləri bəlli oldu
19:40 Heydər Məmmədəliyevə AGF-nin Fəxri Diplomu verildi - VİDEO
19:21 Rafael Ağayevdən qızıl medal
19:00 Ozobiç 60-a çatdı, Dabo Kamananı keçdi
18:40 Azərbaycan çempionatlarının ilk uqandalısı
18:21 “Xəzər Lənkəran”ın üzvü millidə
18:00 Tərlan Əhmədov getsə, onun yerinə kim gələcək?
17:41 Amit Quluzadə Kosovoda debüt etdi
17:20 Maksimovun ilk qələbəsi 300-cü qolla gəldi
17:00 Rəşad Sadıqov məcburiyyətdən meydançaya çıxır
16:40 Yenə “Qarabağ”, yenə Mədətov
16:22 Eratsız “Duysburq” ikinci dövrəyə məğlubiyyətlə başladı
15:45 AFFA-dan göndərilən məşqçi özünə yeni iş yeri tapdı
15:24 Hansı ölkə qızıl medala görə idmançısına daha çox pul verir?
15:00 "Kəpəz"in və AFFA-nın yalanı üzə çıxdı: "Siz müsbət 3-5 dərəcəyə soyuq deyirsizsə, Sibirdəkilər nə etsin?"
14:45 "Borussiya" M - "Borussiya" D 0:1 - VİDEO
Bütün xəbərlər

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.