Ucuz təyyarə biletləri

Samir Əliyev: "Futbolçu axtaranda öncədən deyirik ki, 2500-3000, maksimum maaş budur" - MÜSAHİBƏ

Tarix:  19.01.18 11:01           Yazar:  Rekord.az           Oxunub: 334 dəfə
"Səbail"in baş məşqçisi Samir Əliyev yoxlama oyununda "Sumqayıt"ı 2:1 hesabı ilə məğlub etdikləri matçdan sonra jurnalistlərin suallarını cavablandırıb. Rekord.az xəbər verir ki, o, öncə oyun haqda danışıb: 
 
 
 
"Nəticə yaxşıdır. Amma əsas odur ki, futbolçularda istək var. Biz də bunu istəyirdik. Zədəli futbolçularımız çoxdur. Buna baxmayaraq, hamısından razıyam".
 
- Kənardan baxanda bu matç yoldaşlıq oyununa bənzəmirdi. Meydanda istək, əzmkarlıq var idi. Siz bu oyunda əsas heyətin üzvlərinə şans verdiniz. Bu gün meydanda gənc və əvəzedicilərdən futbolçu görmədik.
 
- Gənc futbolçu var idi. Siz görməmisinizsə o demək deyil ki, yox idi.
 
 
- Məsələn kim?
 
 
- Asif Mirili
 
- Axı onun 26 yaşı var...
 
- Əvəzedicidə olub. Bizim komandada bu gün Kamran Əliyev meydana daxil oldu. Veteran futbolçu Ruslan Əmircanova şans verdik. Bu gün 17 futbolçu var. Kim var idi hamısına şans verdik.
 
-  Sanki komanda daha canlı görsənirdi. "Səbail” daha inamlı təsir bağışlayırdı. Futbolçular qol vuranda da rəsmi oyundakı kimi sevindi...
 
- "Səbail” "Sumqayıt”ı məğlub edib. Sevinməlidir. Normal bir haldır. Bizdən öndə olan komandaya qol vurduq, qalib gəldik. Əlbəttə sevinməliyik.
 
- Gürcü futbolçu ilə bağlı qərarınız nə oldu?
 
- Onunla bağlı qərarı sabah rəhbərliklə birlikdə fikirləşəcəyik.
 
- Ruslan Əmircanovla müqavilə imzlanacaq? Yaydan komandadadır.
 
- Bu transfer rəsmiləşəcək. Yaya kimi bizimlə olacaq. Ruslan Əmircanovu kritik vəziyyətlər üçün heyətə cəlb etdik. Bizə təcrübəli futbolçu lazımdır. Eltun Yaqublu zədəlidir. Bu gün o meydanda yox idi. Kamal onun yerində oynayırdı. Kamala da nəsə ola bilər. Cinah müdafiəçisi kimi onun təcrübəsinə güvəndim. Bir də məşqçinin sağ əli kimi ona etibar edirəm. Komandanın içindəki atmasferi qorumaq lazımdır. O ikinci gəncliyini yaşayır. Biz də ona şans veririk ki, özünü göstərsin.
 
- İki gündən sonra Türkiyə toplanışına start verəcəksiniz. Bu toplanışla bağlı fikirləniriniz bilmək istəyərdik. Fasilə vaxtı çox əcnəbi futbolçu ilə yolları ayırdınız. Komandada hansı mövqelərə futbolçu fikirləşirsiniz?
 
- Bir futbolçu ayın 21-i bizə qoşulacaq. Adlarınız açıqlamaq istəmirəm. Komandaya yarımmüdafiəçi cəlb olunacaq. 24 isə hücumçu gələcək. Dayaq yarımmüdafiəçisi də alacağıq. Biz istəyirik ki, həmin mövqedə də rəqabət olsun. Mado bu gün komandada yoxdur. O tam hazır deyil.
 
- Adlarını çəkməsəniz də hansı ölkələrdən alacaqsınız?
 
- Biri Avropada milli komandanın futbolçusudur. Hücumçu isə böyük ehtimalla Afrikadan olacaq.
 
- Futbolçuları siz bəyənib dəvət edirsiniz, yoxsa menecerlər tapırlar?
 
- Təklif eləyirlər. Biz də baxırıq. Büdcəmizə uyğundursa, bizi qane edirsə razılaşırıq.
 
- "Səbail”in bəlli büdcəsi var. Böyük büdcəsi yoxdur...
 
- Hamı futbolçu təklif edir. Əvvəl baxırıq, bəyənsək sonra qərar veririk.
 
- Bəlkə  bəyəndiyiniz futbolçu elə bir məbləğ istədi ki, sizin büdcəni aşdı...
 
- Biz axtaranda məbləği də deyirik. Deyirik ki, 2500-3000. Yəni maksimumu budu. 
 
- 3000-lik əcnəbi komandaya fayda verər?
 
- 1000 manatlı Tsetsxladze bizim komandada oynayır. Oyunundan razıyam. Axtarıb tapmışıq.
 
- Avropadan gələn futbolçu 3000-ə razılaşar?
 
- Dediyim kimi, gürcü futbolçu bizim komandada 1000 manata oynayır. Hansı ki, başqa klublarda ondan qat-qat çox maaş alan legioner var, heç onun kimi oynamır. 
 
- Sizin fikrinizcə Antaliyaya getməyə ehtiyac var idi? Komandanın hədəfi yoxdur...
 
- Bizim klubun niyə hədəfi yoxdur? Gələn il üçün komanda yaratmaq istəyirik. Bunun üçün də lazımdır.
 
- O məbləğə yaxşı futbolçular almaq olardı...
 
- Bizdə yetərincə yaxşı futbolçular var.
 
 
- Türkiyədəki rəqibləri menecerlər təklif etdi?
 
- Biz istəyirik ki, bizə uyğun rəqiblər olsun. Ukraynanın, Serbiyanın, Bolqarıstanın və Slovakiyanın güclülər dəstəsində çıxış edəm klublarla oynayacağıq. "Səbail”ə baxanda onlar üstün komandalardır.
 
- Bakıda keçirdiyiniz 3 yoxlama matçından hansı sizi qane etdi?
 
- Bu günkü oyunu deyərdim. Səhvlər çox olsa da rəqib güclü idi. "Keşlə”ni udmaq, "Qarabağ”dan xal almaq bu özü bir hədəfdir. Təlim-məşq toplanışı klublara mütləq lazımdır. Biz ora istirahətə getmirik. Oyunlara görə gedirik.
* Xəbərə şərh yoxdur
Adınız
E-mail adresiniz
Şərhiniz
Rövnəq Abdullayevin Qurban Qurbanovun təyinatı haqda danışdığı - VİDEO
2017-11-03  // 8 Comments
Köşə yazıları
Amal Abuşov
Harda qalmışdıq?
2018-02-12  // 0 Şərh
Sənan Abdullayev
Cəmi 5 saniyə keçmişdi...
2018-01-19  // 0 Şərh
Sorgu
Sizcə "Qarabağ" Avropa Liqasının qrupundan çıxa biləcək?
Bəli
En chox oxunanlar
"Xəzər Lənkəran"ın sabiq kapitanı işsiz qaldı
"Sumqayıt" - "Neftçi" oyunu təxirə salınacaq?
"Xəzər Lənkəran" rəhbərliyi Mübariz Mənsimovla görüşmək üçün hazırda İstanbuldadı
Nərimanoğlu Gəncədəki evini 72 min manata, həm də "düşməni"nə satmağa məcbur oldu
Xames Rodrigesin pornoulduz sevgilisi - FOTOLAR
“Neftçi” “Sumqayıt”a, “Zirə” “Qəbələ”yə uduzdu
Vinçesteri "Kəpəz"ə icra başçısı transfer edib?
Nadir Nəbiyev "Turan Tovuz"dan kimə görə gedib?
Sumqayıt stadionundan yeni xəbər var
"Neftçi"də keçirilən qapalı toplantıda nə müzakirə olunub?

Xəbər Lenti
17 Fevral 2018
23:49 Amil Yunanov: "Bombardir olanda özünə daha çox inam olur" - MÜSAHİBƏ
23:05 Kapitan yenə məyus etdi
22:53 Əzizovalı "Beşiktaş" "Qalatasaray"ı məğlub etdi
22:35 Tərlan Əhmədov: "Məğlub olmuşuq və bunun səbəbkarı mənəm" - MÜSAHİBƏ
22:27 Samir Abasov: "Oyundan qabaq özümüzü alçalmış kimi hiss edirdik"
22:05 "Sumqayıt" - "Neftçi" 2:0 - FOTOLAR
21:50 Ramin Musayev: "Ləzgi xəncəri ilə onun başını kəsəcəm" - MÜSAHİBƏ
21:40 "Sumqayıt" - "Neftçi" 2:0 - VİDEO
21:11 “Kəpəz” Gəncədə məşqə çıxdı
20:57 Avstriyada Azərbaycan cüdoçularından əla nəticə
20:23 “Neftçi” “Sumqayıt”a, “Zirə” “Qəbələ”yə uduzdu
19:29 "Qəbələ"nin mühafizəçisi Ayxan Abbasova kəllə vurdu
19:21 "Qəbələ" - "Zirə" matçında qalmaqal - FOTOLAR
18:22 Roman Qriqorçuk: “Bunlar nəticədə təsdiqini tapdı”
18:03 "Qəbələ" - "Zirə" 2:1 - VİDEO
17:00 Aygün Kazımovanın qardaşı ilə dələduz məktəb direktorunun ortaq cinayəti: AFFA-nın tikdiyi stadionu məhv etdilər
16:46 Bundesliqada əsasnamə dəyişə bilər
16:23 FİFA qış transfer pəncərəsini ləğv edə bilər
16:00 "Zaqatala" - "Qaradağ Lökbatan" 1:2 - VİDEO
15:38 "Mil-Muğan" - "Ağsu" 4:0 - VİDEO
15:00 Petrjela gedişinin səbəbini 10 ildən sonra açıqladı: "Ramin Musayev "Neftçi"də qalmağımı istəmirdi" - MÜSAHİBƏ
14:21 Kubokun finalı 28 mayda keçiriləcək
14:00 "İnter Arena"nın qazonu dəyişdirilməyəcək
13:32 16-cı turun oyun cədvəli açıqlandı
13:00 Sumqayıt stadionundan yeni xəbər var
12:22 90 dəqiqə və 1 xal
11:30 Millimizin üzvü ehtiyatda qaldı
11:00 "Neftçi"də keçirilən qapalı toplantıda nə müzakirə olunub?
10:30 “Qarabağ”ın bir legioneri sıraya döndü, digəri…
00:30 “Neftçi”nin “Sumqayıt”la 23-cü dueli
16 Fevral 2018
23:56 “Sumqayıt”dan azarkeşlərinə müraciət
23:30 “Neftçi”nin 6 futbolçusu milli komandamızda
22:30 “Transfer pəncərəsi” bağlandı
22:04 Məmmədova pley-offa qələbə ilə başladı
21:55 Lider də çətinlik çəkmədi
21:46 Yığmamızın üzvü Rusiyada 1/4 finalın ilk oyununda uduzdu
21:04 “Kəpəz” Bakı hazırlığını başa vurdu
20:30 Növbəti anti-dopinq seminarı keçirildi
19:42 "Şüvəlan" - "Binə" 1:0 - VİDEO
19:16 Azərbaycanlı futbolçu Çexiya çempionu ilə müqavilə imzaladı
18:47 Yığmamız Sofiyaya 7 boksçu ilə yollanır
18:00 Nərimanoğlu Gəncədəki evini 72 min manata, həm də "düşməni"nə satmağa məcbur oldu
17:48 Banişevskinin xatirəsinə həsr olunmuş turnir keçiriləcək
17:20 Liderdən Zaqatalada çətin qələbə, “Mil-Muğan”dan darmadağın
17:00 Nadir Nəbiyev "Turan Tovuz"dan kimə görə gedib?
16:41 Azərbaycan - Belarus matçının hakimləri açıqlandı
16:31 "Oyunçularla ciddi söhbətimiz olacaq"
16:21 “Qarabağ” UEFA reytinqində gerilədi
16:11 "Sumqayıt" - "Neftçi" oyunu təxirə salınacaq?
16:10 "Abşeron" növbəti qələbəsini qazandı
Bütün xəbərlər

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.