Ucuz təyyarə biletləri

Cəmi 5 saniyə keçmişdi...

Tarix:  19.01.18 11:01           Yazar:  Sənan Abdullayev           Oxunub: 930 dəfə

Bu müddət belə ona fürsət kimi görünmüş, suallarımı yazıb üzüstə qoyduğum vərəqdəkiləri müdirinə çatdırıb onu hazırlamağa çalışmışdı. Amma olmadı. Ardından 7 saniyə də verdim. Yenə bacarmadı.

 
Bunu bir şouya çevirmişdim özüm üçün. Adam çox yuxarıdan baxır və dərk etmirdi. Dərk etmirdi ki, "Futbol saatı" mənim meydanımdı. Azarkeşim, məni heç vaxt satmayan komanda yoldaşlarım, doğma divarlarım var. Burada heç vaxt qalib olmağa çalışmırdıq. Əyri işləri olanlar onsuz da avtoqoldan qaça bilmirdi. Özündən arxayınlar heç-heçə edər, məğlubiyyətlərimizi isə tamaşaçı qürurla qəbullanardı.

 

Elxan Məmmədova çox böyük hörmətim var. Çünki ağıllı adamdı. Yoxsa zamanında futbolçu, hakim döyəni də, oyun alıb-satanı da, milyonları ilə özünü az qala Allah sayanları da ayağına gətirib boğazı quruyana qədər yalvartdırıb sonra 300-500 manata işlədə bilməzdi. Məmmədovu indiyədək yüksək səslə danışan, hansısa tərbiyəsiz ifadə işlədən görmüsüzmü? Çətin! Görənlər onun "gördükləridir". Görməyənləri isə 300-500 manata işlədir. 


Məmmədovu bir də kostyumsuz və az qala həndəsi ölçüləri də nəzərə alınmaqla köynəyin düyününə səhvsiz bağlanmış qalstuksuz görə bilməzsiz. Bu onun üçün bir ciddilik "bağırtısıdır". Berti Foqts "layihə"sini bizə yedirəndən bu günə kimi bir dəfə də olsun o qalstuk o həndəsi ölçüləri pozmayıb. Deməli, baş katib həmin gündən yanlışları və ya doğrularında bir an belə olsun diqqətini dağıtmayıb. Ta ki o ana qədər.  


Qurban Qurbanovun millinin baş məşqçisi kimi ilk mətbuat konfransında 10 il ərzində birinci dəfə baş katibi dağınıq gördüm. Bu "rahatlığ"ın kökündə sanki "canınız çıxsın, özünüz nə bilirsiniz edin" mesajı var idi. Elxan Məmmədovu ora gəlməyə sadəcə tutduğu post məcbur etmişdi... 
Elə məcburiyyət demişkən... Məgər Gürcüstan ilk gündən bağırmırdı ki, bəs biz bu cür oynamaq istəmirik? Oyunun ləğv olunacağı, sistemin pozulacağı o qalstukun bağlanmasından bilinirdi. "Qarabağ" klubu ilə dünyaya haqq-ədalətdən car çəkən adamı Kosovo ilə oynamağa məcbur etmək bəs nə deməkdi? Uzunmüddətli və əskiklərlə bol toplanışın sonradan ani büdrəmədə "Berti Foqts və Robert Prosineçkiyə yaratdığımız imkanı Qurban Qurbanova da vermişik" "qalxan"ına çevriləcəyini görmək üçün falçı olmağa ehtiyac yoxdu. 


...4 il aradan sonra birtəhər razı salmışdıq. "Futbol saatı"nı ona elə təsvir etmişdilər ki... İçində gərəksiz qorxu gəzdirdiyini sezmək çox rahat idi. Özünəməxsus duruşunu qorusa da, şübhələrini də özü ilə gətirib küləkli havalardakı Xəzər dalğaları şəklində üstümə göndərirdi. Ayaqlarım sanki yerdən üzülür, boğulurdum. Bircə bu adama gəldiyi məkanın AFFA-dan, içi oğru veteranlarla, oyun alverçiləri, şərəfini belə sıfırların sayına satmağa hazırlarla dolu futbolumuzdan fərqli məkan olduğunu isbatlamaq üçün verilişin tez başlamasını arzulayırdım.   


Rəhmətlik Mikayıl Nərimanoğlunun vaxtlarıydı. Yanlış anlamayın! Allah canını sağ eləsin, kişi ölməyib hələ. Birincisi bu dünyada diriyə də, ölüyə də rəhmət var. İkincisi də ki, yeyinti üstündə qovulan hansı məmuru danışdırsaz, desə ki, sağam, onu mənə də göstərin. 


Elxan Məmmədovla birgə təbii ki, ozamankı mətbuat katibi də gəlmişdi. Həmişəki kimi suallarımı qeyd elədiyim vərəqi el dili ilə desəm "qabaq stolu"nun üstünə qoyub min bir əziyyətlə ortalığa çıxardığımız monitoru düzəltmək üçün dekorun arxasına keçdim. Əslində mən şouma başlamışdım. Bir tərəfdə hələ də qorxularını və şayiələrini ürəyində gətirən baş katib, digərində isə onun üzü gülsün deyə hamını ayaqları altına sərməyə hazır olan adam. 


Cəmi 5 saniyə keçmişdi... Geri dönüşümdə Nərimanoğlunun o sualları ilk "oğurluq" cəhdi alınmamışdı. Ardından 7 saniyə də verdim. Yenə bacarmadı. 


Verilişin ilk yarım saatından sonra Elxan Məmmədovun məmnunluğu və təəssüfü üzündən oxunurdu. Şübhələri dağılmışdı. Hər ikisi razı idi. Biri ekranın o başından görüb inanmadığı dürüstlüyü bu başda da yaşamış, o biri isə müdiri üçün "qəhrəmanlıq" etmiş, amma hər nə qədər utandırıcı durum idisə də, cəhdinin belə yetərli olduğunu sezmişdi. 


Gəncədə ''Futbol saatı''nı çox sevirdilər. Elxan Məmmədovla Mikayıl Nərimanoğlunu isə deyə bilmərəm. 


O gün "Futbol saatı"nda cəmi 5 saniyə keçmişdi.      


Keçmişdi...


Gələcək!

 

* Xəbərə şərh yoxdur
Adınız
E-mail adresiniz
Şərhiniz
Rövnəq Abdullayevin Qurban Qurbanovun təyinatı haqda danışdığı - VİDEO
2017-11-03  // 8 Comments
Köşə yazıları
Amal Abuşov
“Qarabağ”ı gözləyən çətin sınaq
2018-02-20  // 0 Şərh
Amal Abuşov
Harda qalmışdıq?
2018-02-12  // 0 Şərh
Sorgu
Sizcə "Qarabağ" Avropa Liqasının qrupundan çıxa biləcək?
Bəli
En chox oxunanlar
"Qarabağ" "Srvena Zvezda"nın futbolçusuna təklif göndərdi
"Neftçi"nin bazası da saraldı - FOTOLAR
Kamran Quliyevə daha bir vəzifə verilə bilər
"Sumqayıt"da Ceyhun Sultanovun vəzifəsi bu şəxsə tapşırıldı
Ruslan Qurbanov Ayxan Abbasovdan üzr istədi, söyüş söyməsinin səbəbini açıqladı - FOTO
Ceyhun Sultanov yeni legionerlərlə bağlı çalışmalara başladı
Ayxan Abbasov millinin qapıçısını əvəzedici komandaya göndərdi
Almaniyada gələcəyin konkisürmə ulduzu sayılan 13 yaşlı Nərgiz Süleymanovanın atası: “Kanadalıya pul tapırlar, bizə yox”
“Azərikimya” işi nəzarətə götürdü: SİS Gəncədə etdiyini Sumqayıtda edə bilməyəcək - ÖZƏL!
Yunis Hüseynov 1 il vaxt istəyib

Xəbər Lenti
24 Fevral 2018
23:00 "Neftçi" - "Zirə" 1:1 - FOTOLAR
22:41 Erməniyə qalib gələn Orucov Almaniyada gümüş medal qazandı
22:30 Bombardirlərin yarışında fərq azaldı
21:36 “Zirə”nin məşqçisi: “Heç-heçə bizim üçün yaxşı nəticədi”
21:27 Tərlan Əhmədov: “Gələcəyə ümid var”
20:50 "Neftçi" - "Zirə" 1:1 - VİDEO
20:13 "Neftçi"nin və millimizin sabiq üzvünün voleybolçumuzla toyudur
19:58 “Qəbələ” “Səbail”ə uduzdu, paytaxt derbisi “sülh”lə bitdi
19:00 "Səbail" - "Qəbələ" 2:1 - VİDEO
18:50 “Qarabağ”dan xal itkisi, “Keşlə”dən qələbə
18:45 Fariz Nəcəfov: "Məğlub olacağımızı gözləmirdim" - MÜSAHİBƏ
18:38 Kərim Diniyev "Qəbələ"yə qarşı özü oynamaq istəməyib - ÖZƏL
18:31 Samir Əliyev: "Rahil Məmmədov küçədə qalmışdı"
18:20 Roman Qriqorçuk: “Bunu gözləmirdim”
17:49 Hücumçularımızın Türkiyədəki qarşıdurmasında kapitanımız sevindi
17:33 “Yasamal”la “Marafon Futsal”dan inamlı qələbə
17:00 Rəşad Sadıqov "Qarabağ"dakı məşqçilik fəaliyyətini davam etdirəcək
16:30 “Qarabağ”ın zədəli futbolçusu sıraya döndü
15:32 AFFA-nın sabiq prezidentinin bacısı qətlə yetirildi
15:00 Millimizin sabiq üzvü futbol məktəbi açdı
14:35 “Neftçi”nin sabiq forvardı milliyə məşqçi təyin olundu
14:00 "Qarabağ Vyana" futbol klubu yeni stadiona qovuşub - FOTO
13:38 “Rostov”a qələbə qazandıran Quliyev: “Özümü burada əla hiss edirəm”
13:00 "Səbail" rəhbərliyi Samir Əliyevə mətbuatla ünsiyyəti qadağan edib?
12:42 Azərbaycan Voleybol Federasiyası hesabatını təqdim etdi
12:30 Boksçumuz yarımfinala vəsiqə qazandı
12:00 Lippert mənzil tutmaq əvəzinə oteldə qalır: kommunal xərc yox, paltar yumaq yox, yemək bişirmək yox
11:21 Hollandiyada Azərbaycan derbisi qolsuz bitdi
11:00 Vəli Hüseynov: "Deyəndə ki, ermənilər Cəbrayılı işğal etdilər..." - MÜSAHİBƏ
10:30 Təbriz klubu darmadağına üzüldü
00:30 Ölkə çempionatında son gün gənc sərbəst güləşçilər yarışdı
00:01 Anatoli Banişevskinin xatirəsi belə yad olundu - VİDEO
23 Fevral 2018
23:50 Cüdo üzrə Azərbaycan birinciliyi başa çatdı
23:00 MOİK - "Ağsu" 2:0 - VİDEO
22:00 "Media turniri-2"nin püşkü atıldı, təqvim açıqlandı
21:15 "Qaradağ Lökbatan" - "Şüvəlan" 1:2 - VİDEO
20:26 “Qarabağ” Türkiyədə ilin ən yaxşısı seçilə bilər
19:38 "Sabah" - "Turan Tovuz" 2:2 - VİDEO
19:00 "Qarabağ" "Srvena Zvezda"nın futbolçusuna təklif göndərdi
18:41 Banişevskinin xatirə turnirinin qalibi bəlli oldu
18:21 Premyer Liqada 17-ci tur: tarixə səyahət
18:00 "Sumqayıt"da Ceyhun Sultanovun vəzifəsi bu şəxsə tapşırıldı
17:40 Turu buraxan olmayacaq
17:20 Lider uduzdu, çempion xal itirdi
17:00 “Azərikimya” işi nəzarətə götürdü: SİS Gəncədə etdiyini Sumqayıtda edə bilməyəcək - ÖZƏL!
16:42 Anatoli Banişevskinin məzarı ziyarət edildi
16:20 Avropa Liqasında 1/8 finalın püşkü atıldı
15:44 Sumqayıtda cüdo üzrə şəhər birinciliyinə yekun vuruldu
15:20 Şəhriyar Məmmədyarov: “Çəkindiyim rəqib Maqnus Karlsendi”
15:00 Ayxan Abbasov millinin qapıçısını əvəzedici komandaya göndərdi
Bütün xəbərlər

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.