Ucuz təyyarə biletləri

Ramin Musayev bəzi klubları hədələdi: "İzlərinə düşmüşük" - MÜSAHİBƏ

Tarix:  02.02.18 15:02           Yazar:  Rekord.az           Oxunub: 450 dəfə

Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev Antalyada mətbuat konfransı keçirib. Rekord.az xəbər verir ki, o, əvvəlcə klublarımızın təlim-məşq toplanışını dəyərləndirib:

 




- Toplanış artıq ənənəyə çevrilib. Bunu da AFFA rəhbərliyi davam etdirir. Həm istirahət, həm də klublarımızın nə işlə məşğul olduğu, ən vacibi də hakimlərimizin fiziki hazırlığını görmək baxımından önəmlidir. Bizdə oyun sayı azdır. Bu il hakimlərimiz 74 oyun idarə ediblər. Yerdə qalan mövsümün yarısından çox. Hakimlərimiz həm artırsınlar, həm də futbolçuların əziyyəti hədər getməsin, haqqı tapdalanmasın. Klubların da işləri ilə maraqlanırıq ki, sabah irad bildirəndə biz də fikirlərimizi onlara çatdıraq ki, bu səhvlərə yol vermisiniz. Yetərincə məlumat toplamışıq. Bir daha hamınıza öz təşəkkürümü bildirirəm. Biz həmişə səmimi olmuşuq. Heç kimdən nəyisə görüb yazmamağı xahiş etməmişik.

- Fariz Yusifov toplanışda iştirak etmədi. Əsas oyunlar ona həvalə olunur. İnanırsınız ki, o, özünü doğruldacaq?

- Bir dəfə bir oyuna baxırdıq. Əli müəllim dedi ki, Xaqani Məmmədov meydanda oturaraq oyun idarə etsəydi, bundan yaxşı idarə edərdi. Fariz müəllim də peşəkar hakimdi, idmanla məşğuldu. Onun peşəkarlığına şübhə ola bilməz. İnanıram ki, yenə ümidlərimizi doğruldacaq. Keçən mövsümdə ən ağır oyunlarda o, idarəçilik edib.

- Tərlan Əhmədovla aranızda soyuqluq olduğu deyilir. Belə bir şey varmı?

- Siz cavansınız. Danmıram, Tərlanın "Neftçi"yə keçməsinə zamin durmuşam. İndi belədir ki, zamin duranı daha çox incidirlər. Tərlan Əhmədov yaxşı məşqçidir. Mənə məlumat daxil oldu ki, bəzi vaxtlarını klubdan kənar keçirir. Mən də ona bildirdim ki, mən sənə zamin durmuşam axı. Amma belə soyuqluq olmayıb. Elə insan var ki, ona sözlə yox, hərəkətlə təsir edirsən. Mən də ona cavab verməməklə təsir etdim.

- “Neftçi”də baş verənlərlə maraqlanırsınızmı? Uğursuzluğun səbəbi nədir?

- Bunu çox şişirdirik. Heç nə yoxdur. Hərə öz işi ilə məşğuldur. Klubda qalmaqal yoxdur. Orxan hörmətli oğlandır, inanmıram ki, belə bir şey olsun. Klub da ailə kimidir. Orada da müəyyən söz-söhbətlər ola bilər.

- Klubların hazırlıqlarını izləyirsiniz. Bəlkə səhvləri indi açıqlayasanız.

- Burada nəsə demək istəmirəm, Heç vaxt sözü boşuna demirəm. Hər bir klub haqda məlumatımız var. Bunu ona görə etmirik ki, nə vaxtsa açıqlayaq. Bəzi klub rəhbərləri sponsorların qarşısında bəraət qazanmaq üçün bütün günahı atırlar AFFA ilə PFL-in üstünə. Buna görə biz klubların hazırlığı ilə maraqlanırıq.


- Hazırlığın səviyyəsini nəzərə alaraq, çempionatın geridə qalan hissəsini necə dəyərləndirisiniz? Sizcə, çempion kim olacaq?

- Çempionun kim olacağını deyə bilmərəm. Bu, məşqçilərin oyunçuları yoxlamasıdır. Çempionatda bunu edə bilməzlər. Samir Əliyev, Qurban Qurbanovda bunları görmüşəm. Bu il doğrudan gərgin çempionat olacaq. Əsas da 3-4-cü yerlər uğrunda böyük mübarizə gedəcək. Elə buradan səslənirəm ki, Xaqani müəllim, sən də hazırlaş.


- Birinci divizionla bağlı hansı fikirdəsiz? Aşağı dəstədən Premyer Liqaya komanda çıxacaqmı?

- “Xəzər” klubu çox xoşuma gəldi. Orda iddialı komandalarımız var. Mənim üçün birinci divizion çox önəmlidir. İstərdim ki, şəxsi büdcəsi ilə maliyyələşən klublarımız daha çox olsun. Amma elə klubumuz var ki, deyir çempionata sal, sonra şərtlərə cavab verərik. Bir-iki dəfə bu səhvə yol verdik, sonra peşman olduq. Buna yol verməmək üçün çempionata mövsümün sonuna qədər oynayacaq komandaları buraxırıq. Antalyada “Xəzər” rəhbərliyi ilə söhbətimiz oldu. Dedilər ki, gələ bilərik. Niyə də gəlməsinlər, biz də buna razıyıq. Onu da deyim ki, birinci divizionda növbəti çempionat tamam fərqli olacaq. Cari mövsüm başa çatana qədər daha 1-2 klub çempionatı tərk edə bilər. Artıq bəzilərinin izinə düşmüşük. Məlumatlarımız öz təsdiqini tapmaq üzrədir. Özü də elə klublardı ki, rəhbərləri böyük danışırlar.


- Millinin Moldova ilə oyunu haqda fikriniz necədi?

- Yeni futbolçular gördüm. Bəzi oyunçuları vaxtilə görməmişdik, bu dəfə gördük. Millinin də toplanışı idi. Qurban müəllim gənc futbolçulardan istifadə etməyi bacarır. İnanıram ki, tez bir zamanda yığma komandalarımız da azarkeşlərini sevindirəcəklər. Millinin oyununda bir nəfər yoldaşı gördüm. Bakıdan birbaşa Antalyaya yığmanın matçına baxmaq üçün gəlmişdi. Özü də iş-güc adamı idi. Bir də balaca uşaqları gördüm, onlar da milliyə dəstək verdilər.

 - Gürcüstan futbolunda komandaların əvəzedici heyətləri və bir neçə aşağı yaş qrupları ləğv olunub. Bizdə də belə bir sistem tətbiq oluna bilərmi?

- Bu addımın müsbət olub-olmayacağını hələ bilmirik. Amma gör-götür dünyasıdır. Futbol komandaları nə qədər çox yarışlarda iştirak edərlərsə, bir o qədər yaxşıdır. Gürcülər cəmi 3 aşağı yaş qrupu saxlayacaqlar. Məncə, bu, yanlış fikirdir. Hər yaş qrupunun öz çempionatı olmalıdır. Bilirsiz ki, PFL yaranana qədər bizdə əvəzedicilərin çempionatı ləğv olunmuşdu. Biz onu bərpa etdik. Əvəzedici heyəti ləğv etmək yox, başqa planımız var. O gün Rəşad Sadıqov bura gəlmişdi. Söhbət etdik, ümumi bir fikir irəli sürdük. Onu bu gün açıqlamaq istəmirəm. Amma çox bəyəndim, yaxşı fikirdir. Əgər icra edə bilsək, hamımızın ürəyincə olacaq. Sadəcə, klubların razılığı olmalıdı. İki il öncə klublarda maliyyə problemi var idi. Bu gün vəziyyət düzəlibmi?
Niyə də olmasın?! Hər bir sahədə inkişaf gedir. Hər şey əvvəlkindən daha yaxşı olacaq. Əvvəl klublar kəmiyyətə önəm verirdi, indi isə kəmiyyətə.

- Bakıda telefonunuz dayanmır. Burada necə, istirahət edə bildiniz?

- Lazımı qədər istirahət edə bildim.

Vaxtı ilə PFL sosial layihələrlə məşhur idi. Vəziyyət düzəlibsə, həmin layihələrə yenidən start verəcəyiniz gözləniləndirmi? 

- Biz demədik ki, PFL-in vəziyyəti düzəlib (gülür). Əvvəllər klublarımızın vəziyyəti yaxşı olmadığı üçün çıxa bilmirdik. Bizim əsas maliyyəmiz SOCAR-dır. Vəziyyət yaxşıdır. Klublardan borclarımızı ala bilsək, sizlər üçün də maraqlı nələrsə təşkil etmək istəyirik. Bizə AFFA-dan əlavə büdcə ayrılmayıb. Nə azalıb, nə də artırılıb.

- Oyunların nəticəsinin manipulyasiyasına görə cəzalandırılan Nizami Hacıyev və Mirhüseyn Seyidovun məsələsi nə yerdədir? AFFA bəzi məlumatların açıqlanacağını bildirsə də, hələ də susurlar...

- Hər birimizin bir məqsədi var ki, təmizlik, düzgünlük olsun. Oyunçularla bağlı sakitlik olduğunu fikirləşirsinizsə, elə deyil. Nizami və Mirhüseynlə söhbətlər olur. AFFA və PFL bu işdə birlikdə çalışır. Sadəcə, hər şey məxfidir. Ona görə də açıqlamırıq.

- Növbəti mövsümdə 8-dən çox komanda görə bilərikmi?

- Birinci diviziondan gəlmək istəyən komandalar var. Onun maddi durumu buna imkan verərsə, AFFA və PFL onlara dəstək olmağa hazırdır. “Xəzər” və “Binə” buna görə bizə müraciət edib. Hər an hər şey ola bilər.
Çempionatda Naxçıvan komandası var idi. “Araz Naxçıvan”ın yenidən diviziona qayıtmaq məsələsi var...
Əlaqələrimiz çoxdur. Qatarla Naxçıvana gedib-gəlmək bərpa olunsa, iştirak edəcəklər. Bərpa olunmasa, alınmayacaq. Çünki digər klubların maddi durumu təyyarə ilə gedib-gəlməyə imkan vermir. Amma istəkləri var.
 
- Kubokun finalı harda keçiriləcək?

- İki məkan üzərində dayanmışam. Birinci Gəncə, sonra Qəbələ. Qəbələdə yarış keçirməyimiz işimizi çox asanlaşdırdı. Amma Gəncəyə də addım atmaq lazımdır. Onlar da futbolu sevirlər. Tək işıqlanma ilə bağlı problem var. Oturmaqla bağlı elə də ciddi narahatlıq yoxdur. Azarkeşlər ayaq üstdə də dura bilərlər. İşıqlanma may ayına qədər hazır olsa, orada keçiriləcək. Olmasa, oyun Qəbələdə baş tutacaq.

- Rəşad Sadıqov birdən- birə 3 komandada çalışır. Onun üçün çətin olmaycaq?

- Həmin sözü Rəşadın özündən eşitmişəm. Deyir ki, məndə yatmaq yoxdur. Bu xalqa kömək etmək onun borcudur. Mən də ona dedim ki, Rəşad, eləməlisən. İnsan öz addımlarıyla sübut edir ki, kim kimdir. Ən əsası təmizlik, paklıqdır. Belə olan yerdə uğur da gələcək.

- Lənkəran və İmişli stadionu da yaxşı vəziyyətdədir. Bəlkə kubokun finalını orada da keçirəsiniz...

- Lənkəranda keçirmək fikrimiz var idi. Maraqlandıq, dedilər ki, ot örtüyü ilə bağlı problem var. Bilirsiniz ki, Mübariz Mənsimova böyük hörmətim var. Amma şərait də vacibdir. O ki qaldı İmişli stadionuna, ən çox orada keçirilməyini istərdim. Amma yerli azarkeşləri də fikirləşmək lazımdır. Bilirəm ki, oyun Lənkəranda keçirilsə, İrandan da gələn olacaq. Tək seçdiyimiz rayonu yox, ətrafdakıları da fikirləşirəm. İşıqlanma ilə bağlı problemləri var.

- Millidəki son təyinatlar “Qarabağ”ın vəziyyətinə mənfi təsir edə bilərmi?

- Elə ən yaxşı çıxış yolu seçilən yoldur. Samir Abasov İspaniyada idi, komandanı “Qarabağ”la oyuna başqa məşqçi çıxarmışdı. Komanda növbəti tura çıxdı. Baş məşqçi olmasa da, o, tapşırıqlarını verib gedir. Əsas olan inamdır. Məsələn, mən öz işçilərimin hamısına inanıram. Qurbanov ətrafına inandığı insanları yığıb. Yenə məsuliyyəti Qurban müəllim daşıyır. Rəhbər birdir. Düzdür, ola bilsin, birdən-birə Qurban nəsə edə bilməz. Cavandır, vaxt verək. Neçə il Foqtsa dözdük, bunun onda biri qədər də Qurbanova dözək. Ən əsası da odur ki, Qurban qaranquş deyil, uçub getməyəcək. Daim bizimlədir.

- Bəzi ölkələrdə kubok üçün bir stadion seçilir və oyun daima orada keçirilir. Bizdə də belə bir şey etmək olarmı?

- İngiltərə ilə Fransa gəlsin bizdə oynasın. Vaxtı ilə bizdə də belə idi. Hər zaman oyun Tofiq Bəhramov adına Respublika stadionunda olurdu. Bizim təklifimiz oldue ki, kubokun finalını bölgələrdə keçirək. Görsünlər ki, biz onlara da diqqət ayırırıq. Həmçinin legionerlər də Azərbaycanın bölgələrini görsünlər. Oradakı azarkeşlər paytaxtdakından çoxdur. Biz onları da düşünürük ki, oyunu izləmək üçün əziyyət çəkib Bakıya bölgələrdən gəlməsinlər.

- PFL-ə növbəti prezidentlik barədə nə düşünürsünüz?

- Bezdirmişəm sizi?! (gülür). Gözləyək. Özümüzdə güc hiss etsək, yəqin ki, davam edərik.

* Xəbərə şərh yoxdur
Adınız
E-mail adresiniz
Şərhiniz
Rövnəq Abdullayevin Qurban Qurbanovun təyinatı haqda danışdığı - VİDEO
2017-11-03  // 8 Comments
Köşə yazıları
Amal Abuşov
“Qarabağ”ı gözləyən çətin sınaq
2018-02-20  // 0 Şərh
Amal Abuşov
Harda qalmışdıq?
2018-02-12  // 0 Şərh
Sorgu
Sizcə "Qarabağ" Avropa Liqasının qrupundan çıxa biləcək?
Bəli
En chox oxunanlar
Şahin Diniyevin əsas komandaya cəlb etdiyi futbolçu "Qarabağ"a keçdi
Diniyevi bəyənməyib, onun bəyəndiyinə möhtac qalanlar - YAZI
“Sumqayıt”ın yeni prezidentinin adı məlum oldu - ÖZƏL!
"Ramin Musayev kimdir ki, onun çempionatı ola?" - MÜSAHİBƏ
"Xəzər Lənkəran"ın gələcəyi barədə rəsmi açıqlama: "Fəxri prezidentimiz əsas komandanı mütləq bərpa edəcəyini qeyd edib, ancaq..."
Orxan Hüseynzadə və Kamran Quliyev haqda bu faktı bilirsiniz?
"Şüvəlan" Premyer Liqaya qayıdır?
"Neftçi"nin sabiq prezidentini AFFA-ya yaxın buraxmadılar
"Keşlə"də yeni qayda: əməl etməyən 500 manat cəzalanacaq
Nişanlısını Sevgililər Günündə bu qızla aldatdı - FOTOLAR

Xəbər Lenti
22 Fevral 2018
02:00 “Roma” “Şaxtyor”a uduzdu, MY “Sevilya” ilə heç-heçəyə razılaşdı
21 Fevral 2018
23:50 Yüksək Liqada 17-ci turun oyun cədvəli açıqlandı
23:30 ÇSKA serbləri məğlub yola saldı - VİDEO
23:00 Avroliqada 1/8 finala ilk vəsiqə ÇSKA-ya qismət oldu
22:00 “Neftçi”dən öncə təqdimat, sonra məşq - VİDEO
20:13 “Qarabağ” “Kəpəz” üçün hazırlığa başladı
19:51 Ali Məhkəmə Maşallah Əhmədovla bağlı şikayəti təmin etmədi
19:30 Birinci Divizionda sabah keçiriləcək oyunlara təyinatlar açıqlandı
18:00 Maşallah Əhmədova böhtan atanlar istəklərinə çatmadılar
17:00 "Zirə" Fariz Nəcəfova görə AFFA-ya şikayət etməyib - ÖZƏL!
16:40 Dieqo Souza: “Sadəcə, qol vura bilməməyimiz narahatlıq doğurur”
16:24 Ceyhun Sultanov: "Heç bir insan bura hansısa futbolçunu ata bilməz"
16:22 Ceyhun Sultanov “Neftçi”nin üzvlərinə təqdim olundu
16:10 Kamran Quliyev: "Avroliqaya düşməmək "Neftçi" üçün uğursuzluq olacaq"
15:41 AFFA bir kluba texniki məğlubiyyət verdi, daha birini yarışdan kənarlaşdırdı
15:20 Rəqibi təhqir edən futbolçuya 3 oyunluq cəza
15:00 "Neftçi"nin sabiq prezidentini AFFA-ya yaxın buraxmadılar
14:40 “Hər gün məşq etsək, üçüncü yeri tuta bilərik”
14:20 2 boksçumuz mübarizəni dayandırdı
14:00 "Şüvəlan" Premyer Liqaya qayıdır?
13:54 “Qəbələ” - “Zirə” matçı ilə bağlı AFFA-dan sərt cəzalar
13:20 “Kəpəz” “Qarabağ”la oyuna itkisiz hazırlaşır
13:00 Nişanlısını Sevgililər Günündə bu qızla aldatdı - FOTOLAR
12:44 İstedadlı solaxay, bəxtsiz məşqçi, dalaşqan insan - YAZI
12:22 Ağır yol qəzası keçirən üçqat Avropa çempionu idman qayıdır - MÜSAHİBƏ
12:00 "Sumqayıt" mövsümün sonuna kimi prezidentsiz qalacaq?
11:44 Ceyhun Sultanov "Neftçi"də!
11:40 “Bavariya” – “Beşiktaş” 5:0 - VİDEO
11:33 Mujek rəsmən "Neftçi"dən getdi, yeni klubu da məlumdu
11:22 "Çelsi" - "Barselona" 1:1 - VİDEO
11:00 "Şəmkir" 6 futbolçu ilə gücləndi
10:30 Millimizin sabiq üzvü üçün 76 dəqiqə
10:00 "Xəzər Lənkəran"ın gələcəyi barədə rəsmi açıqlama: "Fəxri prezidentimiz əsas komandanı mütləq bərpa edəcəyini qeyd edib, ancaq..."
09:34 Növbəti tur təxirə salındı
01:53 "Bavariya"dan darmadağın, Londonda heç-heçə
20 Fevral 2018
23:32 Azərbaycanda oynamış futbolçu təyinatından 3 gün sonra qovuldu
23:08 Ölkə çempionatında ilk günün qalibləri - VİDEO
22:45 Koutinyonun evi qarət olundu
22:25 "Milan"ın sahibi müflis oldu
19:00 Bombardir fərqi 5-ə yüksəltdi
18:43 EKOL büdrədi, “Araz” yenə qalib gəldi
18:22 Azərbaycan - Makedoniya matçının başlama saatı dəqiqləşdi
18:00 Bədavi Hüseynov yalnız apreldə futbola dönə bilər
17:40 Premyer Liqada 17-ci turun oyun cədvəli
17:24 “Bayıl Arena”da bir gündə iki çempionat oyunu
17:00 Şahin Diniyevin əsas komandaya cəlb etdiyi futbolçu "Qarabağ"a keçdi
16:40 Birinci Divizionda 15-ci turun oyun cədvəli
16:24 “Səbail” - “Qarabağ” matçında 5 qol - VİDEO
15:33 “Sumqayıt” “Keşlə” ilə oyunun hazırlığına başladı
15:29 Bakıda keçirilən Borçalı çempionatının qalibi məlum oldu
Bütün xəbərlər

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.