Ucuz təyyarə biletləri

Üst-üstə gələn faciələrin qurbanı olmuş futbolçu: "Oyunu satmağım üçün 150 min təklif etdilər" - MÜSAHİBƏ

Tarix:  11.02.18 23:02           Yazar:  Rekord.az           Oxunub: 771 dəfə
Futbol tariximizdən bəhs edən layihəmiz çərçivəsində ilk yazımızı sizə təqdim edirik. Rekord.az layihə çərçivəsində bir vaxtlar Azərbaycan çempionatında, milli komandada oynamış, lakin sonradan unudularaq kölgəyə çəkilmiş futbolçuları axtarıb üzə çıxardacaq, onların hazırda nə işlə məşğul olması ilə maraqlanacaq və həmin futbolçuların karyerasını vərəqləyəcək. Layihə çərçivəsində ilk qonağımız Ceyhun Adışırinovdu. Ceyhun daha çox “MKT Araz”dakı çıxışları ilə tanınıb. Eyni zamanda U-21 millimizin də formasını geyinib.  Əslində hər şey qaydasında gedirdi. İddialı İmişli klubu ilə avrokuboklarda çıxış edən Adışirinov 2008-09-cu il ölkə çempionatına hazırlaşırdı. Lakin klub rəhbərliyinin ani qərarı nəinki futbolçuları, bütün futbol ictimaiyyətini şoka saldı: “MKT Araz” fəaliyyətini dayandırır. Daha sonra “Qəbələ”yə (o vaxt “Gilan” adıanırdı) yollanan Ceyhun yeni-yeni toparlanmağa başlayırdı ki, şəxsi həyatında ard-arda faciə yaşadı. Bu faciələrdən sonra isə toparlanmaq mümkün olmadı. Adışirinov 27 yaşında futbolçu karyerasını başa vurmalı oldu. Uzun fasilədən sonra atası, tanınmış Qarabağ döyüşçüsü Vaqif Əlisoyun da köməyi ilə Ceyhunu tapıb danışdıra bildik...
 
 
 
- Ceyhun, hazırda neynirsən, nə işlə məşğul olursan?
 
- Deyərdim ki, bekarçılıqdır. 
 
- Çalışdığın hər hansı bir sahə yoxdur?
 
- Futboldan kənar sahədir. Belə deyim, dənizçilik sahəsidir. Amma çox istəyirəm ki, yaxın zamanlarda yenidən futbola qayıdıb. Bilirəm ki, bunun üçün oxumaq və kateqoriya almaq lazımdır. Ona görə də yaxın zamanlarda oxuyub C kateqoriyası almaq istəyirəm.
 
- Futboldan kənar qalmaq çətin deyil ki?
 
- Çox çətindir. İnanırsınız, bəzən televiziyadan futbola baxanda darıxdığımı daha çox hiss edirəm. 
 
- Bəs, özün dost-tanışla futbol oynamırsan?
 
- O heç də dost-tanış öz aramızda hər həftə futbol oynayırıq.
 
- Köhnə futbolçulardan əlaqə saxladıqların var?
 
- Camal Məmmədovla tez-tez əlaqə saxlayıram. Zeynal Zeynalovla da əlaqəmiz var idi. Lakin sonradan çıxıb getdi Moskvaya və ondan sonra əlaqəmiz yoxdur. 
 
- Futbol üçün hədsiz darıxdığını dedin. Bəs nə əcəb futbolun içində deyilsən?
 
- Açığını deyim, futboldan küsmüşəm. Çünki çox laqeydlik gördüm. Əmin oldum ki, əgər futbol oynayırsansa kimlərəsə lazımsan. Yox, əgər futboldan getdinsə, yaxud başına hansısa iş gəldisə, o zaman heç kimə lazım deyilsən. Elə bil ki, bunları öncədən hiss etdiyimdən kiminsə mənimlə maraqlanmaması, kimdənsə işlə bağlı təklif almamağım da mənim üçün gözlənilməz olmadı.
 
- Belə demək mümkünsə, adamın olmadı...
 
- Mən heç vaxt onun tərəfdarı olmamışam ki, kimsə sənin yerinə hansısa işi görsün, səni süni şəkildə qabağa çəksin. O cür adamın olmasını heç vaxt istəməmişəm. Sadəcə, dəstək istəmişəm ki, kimsə mənə inanıb bir işi etibar etsin, mən həm həmin adamın etibarını doğruldum, həm də mənə verilən şansdan istifadə edib öz gücümlə qabağa gedim. Çünki hansısa sahədə ilk vaxtlar sənə dəstək verilməsi, yol göstərilməsi mütləq lazımdır. Təəssüf ki, bu cür dəstək verənim olmadı.
 
- Ən parlaq karyersanın “MKT Araz”la bağlı olduğunu deyə bilərik?
 
- Bəli, mən də o cür düşünürəm. 3 ilə yaxın o klubda forma geyindim, avrokuboklarda çıxış etdim.
 
- Bilirik ki, “MKT Araz” həmin dövr çox güclü idi. Həm büdcəsinə, həm heyətinə, həm də iddiasına görə. O cür komandaya düşməyin necə oldu?
 
- Mən həmin dövr “Bakılı”da forma geyinirdim. “Bakılı” da həmin vaxt yaxşı komanda idi, istənilən rəqibə başağrısı oldurdu. Komandanın baş məşqçisi də Nadir Qasımov idi. Elə oldu ki, Nadir müəllimə “MKT Araz”dan təklif gəldi və ora baş məşqçi getdi. Bir müddət sonra məni də İmişli klubuna dəvət etdi.
 
- Qasımovdan sonra komandaya ukraynalı İqor Nakoneçnı təyin olundu. Ondan sonra “MKT Araz”a xeyli legioner gəlib-getsə də sol cinah müdafiəçisi mövqeyində əsas heyətdəki yerini heç kimə vermədin...
 
- Deyərdim ki, buna əzmkarlıq hesabına nail oldum. Çünki mən elə insanam ki, heç vaxt pula önəm verməmişəm. Hər zaman çalışmışam ki, mənə inanın insanların inamını doğruldum. Bəli, Nakoneçnının dönəmində “MKT Araz”a çox legioner gəlib-getdi. Mənim  mövqeyimdə də legionerlər var idi və baş məşqçi onlara da şans verirdi. Olub ki, iki oyun ehtiyatda qalmışam, amma sonradan yenidən əsas heyətə qayıdıb yerimi tutmuşam. Demək ki, öz oyunumla bunu sübut etmişəm ki, Nakoneçnı da həmin mövqeydə legioneri yox, məni oynadıb.
 
- Kifayət qədər yaxşı büdcəyə və heyətə malik “MKT Araz”ın titul qazana bilməməsinin səbəbi nə oldu?
 
- Həmin vaxt biz iki dəfə avrokuboklarda oynadıq. Bir dəfə İntertoto kubokunda, bir dəfə isə UEFA kubokunda. Düşünürəm ki, yeni yaranmış komanda üçün iki dəfə avrokuboklarda oynamaq uğur sayıla bilərdi. O ki qaldı titul qazana bilməməyimizə, o dövr çempionat indiki kimi deyildi. Həmin “MKT Araz” indi olsa çempion da olardı. Ancaq o dövr çempionat güclü idi. İndi çempionluq uğurunda 2 komanda oynayır. O vaxt isə 8 komanda çempionluq üçün oynayırdı. 
 
- Bir dəfə buna çox yaxın oldunuz. 2008-ci ildə kubokun finalına çıxsanız da son dəqiqədə qol buraxaraq “Xəzər Lənkəran”a uduzdunuz. Həmin oyunda qələbə üçün nə çatmadı?
 
- Həmin vaxt kubokun finalına çıxmaq avrokuboklara vəsiqə üçün yetərli idi. Görünür bizdə də bunun arxayınlığı var idi. Hər nə qədər dilinə gətirməsən də bilirdin ki, uduzsan da avrokuboklara gedirsən...
 
- “MKT Araz”ın dağılması futbol ictimaiyyətində şok effekt yaratmışdı. Nə baş vermişdi, komanda niyə fəaliyyətini anidən dayandırdı?
 
- Hər şey bizim üçün anidən oldu. Çünki heç kimin ağlına gəlməzdi ki, belə bir şey ola. Hətta komandaya yeni futbolçular cəlb olunmuş, onlarla yeni müqavilələr də bağlanmışdı. Mən özüm səhəri gün klubun ofisinə gedib o vaxtkı vitse-prezidentimiz rəhmətlik Əvəz müəllimlə görüşməliydim. Axşam da bu görüşlə bağlı məşqçimiz  Xalid Mustafayevə zəng eləmişdim ki, vaxtını dəqiqləşdirəm. Xalid müəllim də dedi ki, indi iclasdayıq çıxanda zəng vuracam. İclasdan sonra da xəbər verdi ki, bəs rəhbərlik belə qərar qəbul etdi ki, komanda fəaliyyətini dayandırsın.
 
- Yəqin ki, qısa vaxta klub tapmaq çətin idi...
 
- Əlbəttə ki. Çünki starta çox az qalırdı. Sağ olsun Ramiz Məmmədov, məni, Camal Məmmədovu və Azər Cabbarovu “Gilan”a dəvət etdi. Həmin vaxt bu komanda yeni yaranmışdı və elitada qalmaq uğurunda mübarizə aparırdı. Ramiz müəllim də bizi dəvət etdi ki, bu vəzifəni yerinə yetirməkdə ona kömək edək. Biz də getdik və komandanın elitada qalmasına kömək etdik. Növbəti il üçün hədəflər daha böyük idi. Yavaş-yavaş işlər yoluna düşürdü ki, başıma məlum olay gəldi və...
 
- O olay barədə bir qədər sonra ətraflı soruşacam. Hələ ki, karyeranın bəzi məqamlarına da toxunaq. “MKT Araz” və “Bakılı”dan əvvəl “Şahdağ”da da forma geyinmisən düzdür?
 
- Bəli, “Şahdağ” karyeramda ilk peşəkar klub olub. Qusar klubuna gedəndə o komanda I Dəstədə çıxış edirdi. Bir il oynadım və komandanı elitaya çıxrdıq. Sonra hərbi xidmət dövrüm çatdığı üçün MOİK-ə keçdim. 1 il də MOİK-də oynadıqdan sonra “Bakılı”ya, ordan da “MKT Araz”a yollandım.
 
- “Bakılı”ya keçidində Misir Əbilov faktoru ro oynadı? Çünki bildiyimiz kimi, o da sənin kimi,cəbrayıllıdır...
 
- Yox, düzü məni “Bakılı”ya da Nadir Qasımov dəvət etmişdi. Həmin vaxt mən MOİK-də oynayanda Zaur Ramazanov da bizim komandada idi. Bizdən fərqli o, “qrajdanski” idi. Paralel olaraq futzal da oynayırdı. Nadir müəllim ilk olaraq Zauru “Bakılı”ya dəvət etdi. Ardınca mənim də oyunumu görüb bəyəndi və məni də “Bakılı”ya apardı. “Bakılı” həmin vaxt az öncə də qeyd etdiyim kimi, güclü komanda sayılırdı. Hətta kubokun yarımfinalına da çıxmışdıq və orda “Neftçi”yə uduzub mübarizəni dayandırmışdıq.  Yəni “Bakılı”ya gedişimdə Misir Əbilov faktoru rol oynamamışdı.
 
- Misir Əbilovdan söz düşmüşkən, onu daha çox çılğın, oyunlar zamanı söyüş söyən klub prezidenti kimi tanıyırıq. O vaxt necə idi?
 
- İndi necə idisə, o vaxt da elə idi (gülür). Amma bir söz deyim ki, Misir müəllimin dili acı idi. Ürəyi çox yumşaq idi.
 
- Maaşlarınızı vaxtlı vaxtında alırdınız?
 
- Bəli, o vaxt maaşla bağlı heç bir problemimiz yox idi. Hətta bəzən maaşı da alırdıq və görürdün hansısa problem ortaya çıxırdı, pul lazım olurdu gedirdin yanına və onda da səni əliboş yola salmırdı.
 
- İlk peşəkar klubunun “Şahdağ” olduğunu dedin. Bəs ilk qolunu xatırlayırsan?
 
- “Şahdağ”ın heyətində meydançaya çıxdığım ilk oyunda ilk qolumu vurmuşam. Yadımdadı, MOİK-lə üz-üzə gəlirdik və hesabsa 0:1 geridə idik. İkinci hissədə əvəzləmədən oyuna çıxdım və bir qədər sonra bərabərlik qolunu vurdum. Mənimlə bərabər meydançaya çıxan Azər Mehtiyev isə ikinci qolu vurmuşdu və meydançadan 2:1 hesablı qələbə ilə ayrılmışdıq.
 
- Karyeranda ən yaddaqalan oyun hansını hesab edirsən?
 
- Bir neçə bu cür oyun olub. Məsələn “Xəzər Lənkəran”a finalda uduzduğumuz oyun uzun müddət yaddaşımdan silinmədi. Yaxşı mənada isə İntertoto kubokunda İmişlidə “Tiraspol”u 1:0 udduğumuz oyunu qeyd edərdim. Həm tariximizdə ilk dəfə avrokuboklara çıxmışdıq, həm də İmişlidə ilk dəfə beynəlxalq oyun keçirilirdi.
 
- Amma cavab matçında 0:2 uduzub mübarizəni dayandırdınız. Hansı ki, büdcənizə görə Moldova klubunda çox üstün idiniz. Hətta yadımdadır, o vaxt biz “Tiraspol”u hava limanında qarşılayanda onların baş məşqçiləri “MKT Araz”ın avtobusunu göstərib bu komandanın şəraitindən, maddi imkanından ağız dolusu danışırdı...
 
- Düzdür, maddi cəhətdən biz çox üstün idik. Sadəcə, rəqibin avrokubok təcrübəsi daha çox idi. Bizdə elə futbolçular var idi ki, ilk dəfə avrokuboklarda oynayırdı. Bundan başqa, ikinci oyuna hazırlıq üçün yetərincə vaxtımız da olmamışdı. Ona görə də səfər oyununa fiziki cəhətdən yetərincə hazırlaşa bilməmişdik.
 
- Maraqlıdır, o vaxt “MKT Araz”da maaş nə qədər idi?
 
- Bilirsiniz, futbolçuların səviyyəsinə görə fərqli-fərqli rəqəmlər var idi. 100 min alan da var idi, 150 min alan da 200 min alan da. Sonradan hətta 280 min illik maaş alanlar da oldu.
 
- Yəqin ki, mükafat da olurdu...
 
- Şübhəsiz. Hər udduğumuz oyuna görə 1500 manat mükafat alırdıq.
 
- Heç kimə sirr deyil ki, futbolda hər zaman oyun alqı-satqısı olub. Sizin dövrdə də bu hallara tez-tez rast gəlinirdi. Adətən də oyun alan tərəf ilk növbədə rəqibin qapıçısını və müdafiəçilərini ələ almağa çalışır. Sənə qarşı bu cür təkliflər olub?
 
- Olub, amma həmin komandanın adını açıqlamayacam (gülür).
 
- Heç olmasa deyə bilərsən sən onda hansı komandada oynayırdın?
 
- “MKT Araz”da.
 
- Nə qədər pul təklif etmişdilər?
 
- 150 min dollar.
 
- Bir oyuna görə 150 min dollar?
 
- Bəli. 
 
- Görüşüb təklif etmişdilər, yoxsa zənglə?
 
- Yox, zəng etmişdilər.
 
- Hansı addımı atdın?
 
- Təbii ki, qəbul etmədim. Dərhal vitse-prezidentimiz Əvəz müəllimə xəbər verdim. Çünki bilirdim ki, bir futbolçuya pul təklif edib rədd cavabı alanda 100 faiz başqa futbolçuya eyni təklif olunacaq. Ona görə bu haqda rəhbərliyi xəbərdar etmək lazım idi. Ümumiyyətlə, oyun qabağı belə hallar tez-tez olurdu. Hətta iş o yerə çatmışdı ki, oyundan qabaq telefonumu söndürürdüm.
 
- Olub ki, oyun vaxtı hansısa komanda yoldaşının oyunu satmasından şübhələnmisən?
 
- Görürdüm ki, hansısa futbolçu ona yaraşmayan kobud səhv etdi. Amma beynimdə şübhə yaratmaq istəmirdim.  Futbol səhvi kimi düşünüb keçməyə çalışırdım. Çünki hər oyundan qabaq bir araya gəlib kişi kimi söz verirdik ki, oyun alqı-satıqına getməyək.
 
- İndi gələk bəlkə də karyerana nöqtə qoyan olaya. Bilirik ki, maşınla adam vurmuşdun və həmin şəxsin dünyasını dəyişməsi sənə də böyük zərbə oldu. Hadisə necə baş vermişdi?
 
- Həmin vaxt “Gilan”da oynayırdım. Qış fasiləsi olduğu üçün Bakıya qayıtmışdım və fərdi şəkildə məşq edirdim. Səhər məşqə gedəndə körpünün altından keçəndə hiss elədim ki, maşın kiməsə dəydi. Həmin hadisədən bir həftə əvvəl də anam dünyasını dəyişdiyindən çox fikirli idim. Üstəlik, özüm də dizimdən əməliyyat olunmuşdum. Sanki hər şey üst-üstə gəlirdi. O hadisədən sonra qadının uşaqları tərəfindən də xoşagəlməz hərəkətlər oldu. Adam tək özündən yox, evindən, ailəsindən də narahıqlı keçirirdi. Elə bir dövr yaşadım ki, hətta həyatda yaşamağıma nifrət elədim. Mənə 3 il 6 ay icbari iş kəsdilər. O an futbol yada düşmürdü. Qeyd etdiyim kimi, insan yaşadığı həyata nifrət edirdi, qaldı ki, futbol ola. Həm iş kəsilən adamın futbol oynaması da mümkün deyildi. 3 il 6 ay ölkədən kənara çıxa bilməzdim. Yəni hansısa komanda məni heyətinə qatsa da ölkədən kənara çıxa, heç bir toplanışa gedə bilməyəcəkdim.
 
- Həmin çətin dönəmdə futbol adamlarından kimdən dəstək gördün?
 
- Zeynal Zeynalovdan başqa heç kimdən.
 
- Səhv etmirəmsə həbs müddəti başa çatandan sonra bir ara “Qarabağ”ın düşərgəsində oldun...
 
- Qurban Qurbanov sağ olsun, kömək etmək istədi ki, özümü toparlayım, amma toparlaya bilmədim. “Qarabağ” da elə komanda idi ki, ora hazır futbolçu lazım idi. Mənim isə özümə gəlməyim üçün 7-8 ay vaxt lazım idi. Gördüm ki, alınmır, birdəfəlik futbolla vidalaşdım.
 
Anar XANLAROV
Layihə AFFA Yanında Media Komitəsi tərəfindən maliyyələdirilir
* Xəbərə şərh yoxdur
Adınız
E-mail adresiniz
Şərhiniz
Rövnəq Abdullayevin Qurban Qurbanovun təyinatı haqda danışdığı - VİDEO
2017-11-03  // 8 Comments
Köşə yazıları
Amal Abuşov
“Qarabağ”ı gözləyən çətin sınaq
2018-02-20  // 0 Şərh
Amal Abuşov
Harda qalmışdıq?
2018-02-12  // 0 Şərh
Sorgu
Sizcə "Qarabağ" Avropa Liqasının qrupundan çıxa biləcək?
Bəli
En chox oxunanlar
"Qarabağ" "Srvena Zvezda"nın futbolçusuna təklif göndərdi
"Neftçi"nin bazası da saraldı - FOTOLAR
Kamran Quliyevə daha bir vəzifə verilə bilər
"Sumqayıt"da Ceyhun Sultanovun vəzifəsi bu şəxsə tapşırıldı
Ruslan Qurbanov Ayxan Abbasovdan üzr istədi, söyüş söyməsinin səbəbini açıqladı - FOTO
Ceyhun Sultanov yeni legionerlərlə bağlı çalışmalara başladı
Ayxan Abbasov millinin qapıçısını əvəzedici komandaya göndərdi
Almaniyada gələcəyin konkisürmə ulduzu sayılan 13 yaşlı Nərgiz Süleymanovanın atası: “Kanadalıya pul tapırlar, bizə yox”
“Azərikimya” işi nəzarətə götürdü: SİS Gəncədə etdiyini Sumqayıtda edə bilməyəcək - ÖZƏL!
Yunis Hüseynov 1 il vaxt istəyib

Xəbər Lenti
24 Fevral 2018
23:00 "Neftçi" - "Zirə" 1:1 - FOTOLAR
22:41 Erməniyə qalib gələn Orucov Almaniyada gümüş medal qazandı
22:30 Bombardirlərin yarışında fərq azaldı
21:36 “Zirə”nin məşqçisi: “Heç-heçə bizim üçün yaxşı nəticədi”
21:27 Tərlan Əhmədov: “Gələcəyə ümid var”
20:50 "Neftçi" - "Zirə" 1:1 - VİDEO
20:13 "Neftçi"nin və millimizin sabiq üzvünün voleybolçumuzla toyudur
19:58 “Qəbələ” “Səbail”ə uduzdu, paytaxt derbisi “sülh”lə bitdi
19:00 "Səbail" - "Qəbələ" 2:1 - VİDEO
18:50 “Qarabağ”dan xal itkisi, “Keşlə”dən qələbə
18:45 Fariz Nəcəfov: "Məğlub olacağımızı gözləmirdim" - MÜSAHİBƏ
18:38 Kərim Diniyev "Qəbələ"yə qarşı özü oynamaq istəməyib - ÖZƏL
18:31 Samir Əliyev: "Rahil Məmmədov küçədə qalmışdı"
18:20 Roman Qriqorçuk: “Bunu gözləmirdim”
17:49 Hücumçularımızın Türkiyədəki qarşıdurmasında kapitanımız sevindi
17:33 “Yasamal”la “Marafon Futsal”dan inamlı qələbə
17:00 Rəşad Sadıqov "Qarabağ"dakı məşqçilik fəaliyyətini davam etdirəcək
16:30 “Qarabağ”ın zədəli futbolçusu sıraya döndü
15:32 AFFA-nın sabiq prezidentinin bacısı qətlə yetirildi
15:00 Millimizin sabiq üzvü futbol məktəbi açdı
14:35 “Neftçi”nin sabiq forvardı milliyə məşqçi təyin olundu
14:00 "Qarabağ Vyana" futbol klubu yeni stadiona qovuşub - FOTO
13:38 “Rostov”a qələbə qazandıran Quliyev: “Özümü burada əla hiss edirəm”
13:00 "Səbail" rəhbərliyi Samir Əliyevə mətbuatla ünsiyyəti qadağan edib?
12:42 Azərbaycan Voleybol Federasiyası hesabatını təqdim etdi
12:30 Boksçumuz yarımfinala vəsiqə qazandı
12:00 Lippert mənzil tutmaq əvəzinə oteldə qalır: kommunal xərc yox, paltar yumaq yox, yemək bişirmək yox
11:21 Hollandiyada Azərbaycan derbisi qolsuz bitdi
11:00 Vəli Hüseynov: "Deyəndə ki, ermənilər Cəbrayılı işğal etdilər..." - MÜSAHİBƏ
10:30 Təbriz klubu darmadağına üzüldü
00:30 Ölkə çempionatında son gün gənc sərbəst güləşçilər yarışdı
00:01 Anatoli Banişevskinin xatirəsi belə yad olundu - VİDEO
23 Fevral 2018
23:50 Cüdo üzrə Azərbaycan birinciliyi başa çatdı
23:00 MOİK - "Ağsu" 2:0 - VİDEO
22:00 "Media turniri-2"nin püşkü atıldı, təqvim açıqlandı
21:15 "Qaradağ Lökbatan" - "Şüvəlan" 1:2 - VİDEO
20:26 “Qarabağ” Türkiyədə ilin ən yaxşısı seçilə bilər
19:38 "Sabah" - "Turan Tovuz" 2:2 - VİDEO
19:00 "Qarabağ" "Srvena Zvezda"nın futbolçusuna təklif göndərdi
18:41 Banişevskinin xatirə turnirinin qalibi bəlli oldu
18:21 Premyer Liqada 17-ci tur: tarixə səyahət
18:00 "Sumqayıt"da Ceyhun Sultanovun vəzifəsi bu şəxsə tapşırıldı
17:40 Turu buraxan olmayacaq
17:20 Lider uduzdu, çempion xal itirdi
17:00 “Azərikimya” işi nəzarətə götürdü: SİS Gəncədə etdiyini Sumqayıtda edə bilməyəcək - ÖZƏL!
16:42 Anatoli Banişevskinin məzarı ziyarət edildi
16:20 Avropa Liqasında 1/8 finalın püşkü atıldı
15:44 Sumqayıtda cüdo üzrə şəhər birinciliyinə yekun vuruldu
15:20 Şəhriyar Məmmədyarov: “Çəkindiyim rəqib Maqnus Karlsendi”
15:00 Ayxan Abbasov millinin qapıçısını əvəzedici komandaya göndərdi
Bütün xəbərlər

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.