Ucuz təyyarə biletləri

Mahir Şükürov İzmirdə öz adına futbol akademiyası açır

Tarix:  12.02.18 17:02           Yazar:  Rekord.az           Oxunub: 842 dəfə

Bir neçə gün əvvəl “Karşıyaka”nın vitse-prezidenti Gökhan Şensanın açıqlaması mətbuatın gündəmini zəbt etdi. Klub rəsmisinin yığmamızın və İzmir təmsilçisinin sabiq müdafiəçisi ilə bağlı dilə gətirdikləri diqqəti çəkməyə bilməzdi: "Şükürov 1,5 milyon lirənin üçdəiki hissəsindən imtina etdi. Mahirlə razılığa gəlməsəydik, FİFA tərəfindən 6 xalımız silinəcəkdi. Çünki son günümüz idi. Bu məsələni həll etdik. Mahir Şükürova bu gözəl davranışına görə təşəkkür edirik və gələcək idman həyatında uğurlar arzu edirik".

 


Rekord.az xəbər verir ki, 2014/15 mövsümünü “Karşıyaka”da keçirən Mahir sabiq klubuna güzəşt edib. 

 

Belə ki, həmin mövsüm 19 oyunda forma geyən həmyerlimiz 8 ay maaş üzünə həsrət qalıb. Başqa cür desək, pulsuz oynayıb. Rəhbərlik vəziyyətin düzələcəyini desə də, heç bir yenilik olmayıb və Mahir “Karşıyaka”nı müqavilədə göstərilən məbləği almadan tərk edib. Ardınca FİFA və UEFA-ya şikayət edib. İzmirlilərin futbolçuya borcu faizlərlə birgə 1,5 milyon lirə (təxminən 675 min manat) olub. Bir neçə gün əvvəl FİFA-dan klub məktub daxil olub ki, futbolçuyla klub arasındakı problemin yoluna qoyulması üçün bir gün vaxt verilib. Əks təqdirdə, hazırda Türkiyənin 2-ci liqasında mübarizə aparan komandanın 6 xalı silinəcək, həmçinin maliyyə sanksiyası tətbiq olunacaqdı. 

 


Vəziyyətin çıxılmaz olduğunu görən “Karşıyaka”nın yeni rəhbərliyi Mahir Şükürovla üzbəüz görüşmək qərarına gəlib. Həmyerlimizə nəzərdə tutulan 1,5 milyonun cəmi yarım milyonunu (təxminən 225 min manat) vermək gücündə olduğunu deyiblər. Mahir də bununla razılaşıb. Belə deyək, qalan 450 min manatı türklərə bağışlayıb. Dünən səbəbkarın özüylə söhbətdə prosesə yenidən nəzər salmaqla yanaşı, atdığı addımın səbəbini öyrəndik: “Mənim üçün insanlıq, mənlik puldan üstün olub. Və bu addımı atmaqla bir daha pulun yox, kişiliyin, insanlığın önəmli olduğunu sübut etdim. Halbuki göstərilən məbləğin hamısını da ala bilərdim. Kluba FİFA-dan dəfələrlə xəbərdarlıq olunsa da, problem həllini tapmırdı. Ali qurumun son xəbərdarlığı olduqca ciddi idi. Ya mənə olan borc verilməli, ya da “Karşıyaka”nın 6 xalı silinməliydi. Üstəlik, komandanın yarışlardan kənarlaşdırılması söhbəti də vardı. İmkanlı şəxslər tarixinə görə Türkiyədə dördüncü ən yaşlı klubun dağılmasına imkan verməzdilər. Nə qədər də olmasa, “Karşıyaka”dı, 106 yaşı var, İzmir futbolunun tarixi sayılır. İki ayağımı bir başmağa dirəsəydim, İzmirdəki iş adamları tələb etdiyim pulun hamısını tapıb verəcəkdilər. Amma mən buna razı olmadım. Çünki o klubda çörək yemişəm, azarkeşlərdən özümə həmişə diqqət görmüşəm. Əlbəttə, pul da vacibdi. Amma onlar mənə filan qədər verməyə güclərinin çatdığını deyirsə, başqa söhbət etməyim düzgün olmazdı. Məsələni bu həddə klubun sabiq rəhbərliyi çatdırmışdı. Vaxtında ortaq dil tapsaydıq, belə olmayacaqdı. Lakin indiki rəhbərlik idman prinsiplərinin nə olduğunu bilir. Ona görə də çağırıb üzbəüz söhbət etdilər. Yarım milyon lirə verə biləcəklərini dedilər, razılaşdım. Sizi inandırım, mətbuatda bu xəbər dərc olunandan telefonuma, sosial şəbəkələrdəki hesablarıma saysız təşəkkür mesajları gəlməkdədi. 90 faizi “Karşıyaka” azarkeşləridi. Atdığım atdıma görə minnətdarlıq edirlər. Yeri gəlmişkən, əvvəlki vəkilim türk idi. Görəndə ki işimi yubadır, Jozef adlı ispan vəkilə müraciət etdim. Məhz onun bu işə qarışmasından sonra FİFA məsələyə daha isti yanaşdı”.

 


Mahirlə söhbət etmişkən, hazırda harda olduğu, nə iş gördüyü ilə də maraqlandıq. Cavabı yetərincə təəccüblü oldu: “Futboldan, demək olar, uzaq düşmüşəm. Belə baxıram, Azərbaycan futbolunda bizə yer yoxdu. Vaxtımı əsasən şəxsi işlərimə, biznesimə həsr edirəm. Hazırda bir plan üzərində çalışıram, artıq müəyyən işlərə başlamışam. Mahir Şükürov Akademiyası açmaq istəyirəm. Amma Bakıda yox, İzmirdə. Açığı, işə tək girişmək istəyirdim. Lakin yaxından tanıdığım türk iş adamlarından biri mənə bu işdə dəstək olmağı xahiş etdi. Baxdım ki, iki nəfər olsaq, daha böyük işlər görə bilərik. Türkiyəli gənclərlə yanaşı, İzmirdə və yaxın regionlarda yaşayan azərbaycanlı uşaqların futbol təhsili almasına, yetişməsinə töhfə vermək istəyirik. “Bismillah” demişik, görək necə olacaq”. ("Futbol plus" qəzeti)

* Xəbərə şərh yoxdur
Adınız
E-mail adresiniz
Şərhiniz
Rövnəq Abdullayevin Qurban Qurbanovun təyinatı haqda danışdığı - VİDEO
2017-11-03  // 8 Comments
Köşə yazıları
Amal Abuşov
“Qarabağ”ı gözləyən çətin sınaq
2018-02-20  // 0 Şərh
Amal Abuşov
Harda qalmışdıq?
2018-02-12  // 0 Şərh
Sorgu
Sizcə "Qarabağ" Avropa Liqasının qrupundan çıxa biləcək?
Bəli
En chox oxunanlar
"Qarabağ" "Srvena Zvezda"nın futbolçusuna təklif göndərdi
"Neftçi"nin bazası da saraldı - FOTOLAR
Kamran Quliyevə daha bir vəzifə verilə bilər
"Sumqayıt"da Ceyhun Sultanovun vəzifəsi bu şəxsə tapşırıldı
Ruslan Qurbanov Ayxan Abbasovdan üzr istədi, söyüş söyməsinin səbəbini açıqladı - FOTO
Ceyhun Sultanov yeni legionerlərlə bağlı çalışmalara başladı
Ayxan Abbasov millinin qapıçısını əvəzedici komandaya göndərdi
Almaniyada gələcəyin konkisürmə ulduzu sayılan 13 yaşlı Nərgiz Süleymanovanın atası: “Kanadalıya pul tapırlar, bizə yox”
“Azərikimya” işi nəzarətə götürdü: SİS Gəncədə etdiyini Sumqayıtda edə bilməyəcək - ÖZƏL!
Yunis Hüseynov 1 il vaxt istəyib

Xəbər Lenti
24 Fevral 2018
23:00 "Neftçi" - "Zirə" 1:1 - FOTOLAR
22:41 Erməniyə qalib gələn Orucov Almaniyada gümüş medal qazandı
22:30 Bombardirlərin yarışında fərq azaldı
21:36 “Zirə”nin məşqçisi: “Heç-heçə bizim üçün yaxşı nəticədi”
21:27 Tərlan Əhmədov: “Gələcəyə ümid var”
20:50 "Neftçi" - "Zirə" 1:1 - VİDEO
20:13 "Neftçi"nin və millimizin sabiq üzvünün voleybolçumuzla toyudur
19:58 “Qəbələ” “Səbail”ə uduzdu, paytaxt derbisi “sülh”lə bitdi
19:00 "Səbail" - "Qəbələ" 2:1 - VİDEO
18:50 “Qarabağ”dan xal itkisi, “Keşlə”dən qələbə
18:45 Fariz Nəcəfov: "Məğlub olacağımızı gözləmirdim" - MÜSAHİBƏ
18:38 Kərim Diniyev "Qəbələ"yə qarşı özü oynamaq istəməyib - ÖZƏL
18:31 Samir Əliyev: "Rahil Məmmədov küçədə qalmışdı"
18:20 Roman Qriqorçuk: “Bunu gözləmirdim”
17:49 Hücumçularımızın Türkiyədəki qarşıdurmasında kapitanımız sevindi
17:33 “Yasamal”la “Marafon Futsal”dan inamlı qələbə
17:00 Rəşad Sadıqov "Qarabağ"dakı məşqçilik fəaliyyətini davam etdirəcək
16:30 “Qarabağ”ın zədəli futbolçusu sıraya döndü
15:32 AFFA-nın sabiq prezidentinin bacısı qətlə yetirildi
15:00 Millimizin sabiq üzvü futbol məktəbi açdı
14:35 “Neftçi”nin sabiq forvardı milliyə məşqçi təyin olundu
14:00 "Qarabağ Vyana" futbol klubu yeni stadiona qovuşub - FOTO
13:38 “Rostov”a qələbə qazandıran Quliyev: “Özümü burada əla hiss edirəm”
13:00 "Səbail" rəhbərliyi Samir Əliyevə mətbuatla ünsiyyəti qadağan edib?
12:42 Azərbaycan Voleybol Federasiyası hesabatını təqdim etdi
12:30 Boksçumuz yarımfinala vəsiqə qazandı
12:00 Lippert mənzil tutmaq əvəzinə oteldə qalır: kommunal xərc yox, paltar yumaq yox, yemək bişirmək yox
11:21 Hollandiyada Azərbaycan derbisi qolsuz bitdi
11:00 Vəli Hüseynov: "Deyəndə ki, ermənilər Cəbrayılı işğal etdilər..." - MÜSAHİBƏ
10:30 Təbriz klubu darmadağına üzüldü
00:30 Ölkə çempionatında son gün gənc sərbəst güləşçilər yarışdı
00:01 Anatoli Banişevskinin xatirəsi belə yad olundu - VİDEO
23 Fevral 2018
23:50 Cüdo üzrə Azərbaycan birinciliyi başa çatdı
23:00 MOİK - "Ağsu" 2:0 - VİDEO
22:00 "Media turniri-2"nin püşkü atıldı, təqvim açıqlandı
21:15 "Qaradağ Lökbatan" - "Şüvəlan" 1:2 - VİDEO
20:26 “Qarabağ” Türkiyədə ilin ən yaxşısı seçilə bilər
19:38 "Sabah" - "Turan Tovuz" 2:2 - VİDEO
19:00 "Qarabağ" "Srvena Zvezda"nın futbolçusuna təklif göndərdi
18:41 Banişevskinin xatirə turnirinin qalibi bəlli oldu
18:21 Premyer Liqada 17-ci tur: tarixə səyahət
18:00 "Sumqayıt"da Ceyhun Sultanovun vəzifəsi bu şəxsə tapşırıldı
17:40 Turu buraxan olmayacaq
17:20 Lider uduzdu, çempion xal itirdi
17:00 “Azərikimya” işi nəzarətə götürdü: SİS Gəncədə etdiyini Sumqayıtda edə bilməyəcək - ÖZƏL!
16:42 Anatoli Banişevskinin məzarı ziyarət edildi
16:20 Avropa Liqasında 1/8 finalın püşkü atıldı
15:44 Sumqayıtda cüdo üzrə şəhər birinciliyinə yekun vuruldu
15:20 Şəhriyar Məmmədyarov: “Çəkindiyim rəqib Maqnus Karlsendi”
15:00 Ayxan Abbasov millinin qapıçısını əvəzedici komandaya göndərdi
Bütün xəbərlər

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.