Ucuz təyyarə biletləri

Harda qalmışdıq?

Tarix:  12.02.18 13:02           Yazar:  Amal Abuşov           Oxunub: 538 dəfə

Bu sual son vaxtlar qonşu Türkiyənin futbolunda xeyli məşhurdu. “İmperator” Fatih Terimin “Qalatasaray”a çoxdan gözlənilən dönüşündən ictimaiyyət sosial şəbəkə vasitəsiylə, məhz bu mesajdan sonra xəbər tutmuşdular. Terim “sarı-qırmızı”ların “sükanı” arxasında yarımçıq qoyduğu işləri davam etdirməyə gəldiyinə işarə vurmuş, bununla da uğurlu siyasi gediş etmişdi. Terimi “İmperator” edən də elə onun bu cür addımları, özündən razı ifadə və davranışlarıdı. Vacib olan həmin gün o hay-küyü qoparmaq idi. Sonrası necə olacaqsa, olsun. 


İndi həmin sualı kinayəli formada Arda Turana doğru çeviriblər. Bu gün səhər Türkiyə mətbuatında bir kollaj diqqətimi cəlb etdi. Ardanın ehtiyat oyunçular üçün ayrılan oturacaqda üzgün halda oturan şəklini vermiş və altına “harda qalmışdıq?” yazmışdılar. Yəni ki, Arda üçün fərqi yoxdu, ya “Barselona”, ya “Başakşəhər”. Bundan sonra yeri elə oradı...


Premyer Liqamız da qaldığı yerdən davam edir. Fasiləyə necə yollanmışdıqsa, elə ordan başladıq. XV turun oyunlarının sürprizsiz və daha çox “sülh” şəraitində keçməsi çox şeydən xəbər verirdi. Qeydə alınan hesablar Antalyadakı yoxlama oyunlarının nəticələrinin təsadüfi olmadığını göstərdi. Çempionatımıza yeni əcnəbilərin gəlməsinə, klubların “transfer bazarı”nda fəal olmasına aldanmayaq. Elita təmsilçilərində zərrə qədər də olsun artım baş verməyib. Nə heyətlərdə, nə də iddialarda. Hallarından məmnun, tutduqları yerdən razı qalan səkkiz klubun çəkişməsini qışdan sonra da izləyəcəyik. 


Dino Ndlovunu və Tarik El Yunussini itirən “Qarabağ”ın zəiflədiyini əminliklə söyləmək olar. Qurban Qurbanov da bunu inkar etmir, amma əlinin altında olan heyətlə çempionatın qalan hissəsində layiqincə çıxış edə biləcəklərinə işarə vurur. Vacib nüansdı. Onsuz da “Qarabağ” Azərbaycan Premyer Liqasındakı rəqiblərindən ikibaş üstün idi. İki əcnəbi futbolçusunu yola salmaqla oldu 1,5 baş üstün. Qurbanovun davranışları, “Qəbələ” ilə oyunda “köhlən atlar”ın istədiklərini əldə etməsi də bundan xəbər verir. Roman Qriqorçuk da, onu “qara-qırmızı” ordusu da taleyi ilə barışıb. Elə “Zirə” də 3-cü pillədə yerini istədiyi kimi rahatlayıb. “Qarabağ” kimi onlar da bu tur əsas rəqiblərinə uduzmamağa çalışdılar. Bununla da ilk “üçlük”də olanların mövsümün sonuna qədər elə yerlərində qalacağı böyük ölçüdə dəqiqləşdi.


“Neftçi”yə uduzandan sonra “Kəpəz”in baş məşqçisi Yunis Hüseynovun dedikləri isə xüsusiylə diqqət çəkdi. Yunis bəyin əvvəlki həvəsindən, mübarizliyindən əsər-əlamət qalmayıb. “Kəpəz”i düzəltmək eşqiylə estafeti qəbul edən Hüseynovun “Çalışacağıq ki, heç olmasa sondan ikinci pilləni tutaq” sözləri acı etirafdı. İlk oyun Yunis bəyə başa saldı ki, istifadə müddəti bitmiş, artıq çəkisi göz çıxaran əcnəbilərlə çox da göylə getmək olmayacaq, uzaqbaşı “Keşlə”yə sonuncu pilləni sırımaq üçün “savaşmaq” mümkündü. Rusların sözü olmasın, “blijni”dən qol buraxan Kamran Ağayevə güvənən, məşqçi kimi xüsusi istedad sahibi olmayan Yuri Maksimova xilaskar gözü ilə baxan “Keşlə”nin də vəziyyəti elə “Kəpəz” kimi ağlamalı olacaq. 


Bir sözlə, qış fasiləsindən sonrakı ilk tur acı mənzərəni aydınlatdı. Elita təmsilçilər yerlərində sayıblar... elə qaldığımız yerdəyik!

* Xəbərə şərh yoxdur
Adınız
E-mail adresiniz
Şərhiniz
Rövnəq Abdullayevin Qurban Qurbanovun təyinatı haqda danışdığı - VİDEO
2017-11-03  // 8 Comments
Köşə yazıları
Amal Abuşov
“Qarabağ”ı gözləyən çətin sınaq
2018-02-20  // 0 Şərh
Amal Abuşov
Harda qalmışdıq?
2018-02-12  // 0 Şərh
Sorgu
Sizcə "Qarabağ" Avropa Liqasının qrupundan çıxa biləcək?
Bəli
En chox oxunanlar
"Qarabağ" "Srvena Zvezda"nın futbolçusuna təklif göndərdi
"Neftçi"nin bazası da saraldı - FOTOLAR
Kamran Quliyevə daha bir vəzifə verilə bilər
"Sumqayıt"da Ceyhun Sultanovun vəzifəsi bu şəxsə tapşırıldı
Ruslan Qurbanov Ayxan Abbasovdan üzr istədi, söyüş söyməsinin səbəbini açıqladı - FOTO
Ceyhun Sultanov yeni legionerlərlə bağlı çalışmalara başladı
Ayxan Abbasov millinin qapıçısını əvəzedici komandaya göndərdi
Almaniyada gələcəyin konkisürmə ulduzu sayılan 13 yaşlı Nərgiz Süleymanovanın atası: “Kanadalıya pul tapırlar, bizə yox”
“Azərikimya” işi nəzarətə götürdü: SİS Gəncədə etdiyini Sumqayıtda edə bilməyəcək - ÖZƏL!
Yunis Hüseynov 1 il vaxt istəyib

Xəbər Lenti
24 Fevral 2018
23:00 "Neftçi" - "Zirə" 1:1 - FOTOLAR
22:41 Erməniyə qalib gələn Orucov Almaniyada gümüş medal qazandı
22:30 Bombardirlərin yarışında fərq azaldı
21:36 “Zirə”nin məşqçisi: “Heç-heçə bizim üçün yaxşı nəticədi”
21:27 Tərlan Əhmədov: “Gələcəyə ümid var”
20:50 "Neftçi" - "Zirə" 1:1 - VİDEO
20:13 "Neftçi"nin və millimizin sabiq üzvünün voleybolçumuzla toyudur
19:58 “Qəbələ” “Səbail”ə uduzdu, paytaxt derbisi “sülh”lə bitdi
19:00 "Səbail" - "Qəbələ" 2:1 - VİDEO
18:50 “Qarabağ”dan xal itkisi, “Keşlə”dən qələbə
18:45 Fariz Nəcəfov: "Məğlub olacağımızı gözləmirdim" - MÜSAHİBƏ
18:38 Kərim Diniyev "Qəbələ"yə qarşı özü oynamaq istəməyib - ÖZƏL
18:31 Samir Əliyev: "Rahil Məmmədov küçədə qalmışdı"
18:20 Roman Qriqorçuk: “Bunu gözləmirdim”
17:49 Hücumçularımızın Türkiyədəki qarşıdurmasında kapitanımız sevindi
17:33 “Yasamal”la “Marafon Futsal”dan inamlı qələbə
17:00 Rəşad Sadıqov "Qarabağ"dakı məşqçilik fəaliyyətini davam etdirəcək
16:30 “Qarabağ”ın zədəli futbolçusu sıraya döndü
15:32 AFFA-nın sabiq prezidentinin bacısı qətlə yetirildi
15:00 Millimizin sabiq üzvü futbol məktəbi açdı
14:35 “Neftçi”nin sabiq forvardı milliyə məşqçi təyin olundu
14:00 "Qarabağ Vyana" futbol klubu yeni stadiona qovuşub - FOTO
13:38 “Rostov”a qələbə qazandıran Quliyev: “Özümü burada əla hiss edirəm”
13:00 "Səbail" rəhbərliyi Samir Əliyevə mətbuatla ünsiyyəti qadağan edib?
12:42 Azərbaycan Voleybol Federasiyası hesabatını təqdim etdi
12:30 Boksçumuz yarımfinala vəsiqə qazandı
12:00 Lippert mənzil tutmaq əvəzinə oteldə qalır: kommunal xərc yox, paltar yumaq yox, yemək bişirmək yox
11:21 Hollandiyada Azərbaycan derbisi qolsuz bitdi
11:00 Vəli Hüseynov: "Deyəndə ki, ermənilər Cəbrayılı işğal etdilər..." - MÜSAHİBƏ
10:30 Təbriz klubu darmadağına üzüldü
00:30 Ölkə çempionatında son gün gənc sərbəst güləşçilər yarışdı
00:01 Anatoli Banişevskinin xatirəsi belə yad olundu - VİDEO
23 Fevral 2018
23:50 Cüdo üzrə Azərbaycan birinciliyi başa çatdı
23:00 MOİK - "Ağsu" 2:0 - VİDEO
22:00 "Media turniri-2"nin püşkü atıldı, təqvim açıqlandı
21:15 "Qaradağ Lökbatan" - "Şüvəlan" 1:2 - VİDEO
20:26 “Qarabağ” Türkiyədə ilin ən yaxşısı seçilə bilər
19:38 "Sabah" - "Turan Tovuz" 2:2 - VİDEO
19:00 "Qarabağ" "Srvena Zvezda"nın futbolçusuna təklif göndərdi
18:41 Banişevskinin xatirə turnirinin qalibi bəlli oldu
18:21 Premyer Liqada 17-ci tur: tarixə səyahət
18:00 "Sumqayıt"da Ceyhun Sultanovun vəzifəsi bu şəxsə tapşırıldı
17:40 Turu buraxan olmayacaq
17:20 Lider uduzdu, çempion xal itirdi
17:00 “Azərikimya” işi nəzarətə götürdü: SİS Gəncədə etdiyini Sumqayıtda edə bilməyəcək - ÖZƏL!
16:42 Anatoli Banişevskinin məzarı ziyarət edildi
16:20 Avropa Liqasında 1/8 finalın püşkü atıldı
15:44 Sumqayıtda cüdo üzrə şəhər birinciliyinə yekun vuruldu
15:20 Şəhriyar Məmmədyarov: “Çəkindiyim rəqib Maqnus Karlsendi”
15:00 Ayxan Abbasov millinin qapıçısını əvəzedici komandaya göndərdi
Bütün xəbərlər

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.