Ucuz təyyarə biletləri

“Kəpəz” “yenilməz armada” adını özünə qaytaracaq”

Tarix:  14.02.18 15:02           Yazar:             Oxunub: 173 dəfə

Bu gün “Kəpəz”in icraçı direktoru Elnur Camalxanovun 40 yaşı tamam olur. Rekord.az xəbər verir ki, bu münasibətlə o, klub saytına müsahibə verib:


- Elnur müəllim, belə bir söz var ki, 40 yaşı qeyd etməzlər...
- Doğum tarixini qeyd etmək, nisbi anlayışdı. Qeyd etdin-etmədin fərqi yoxdu, yaş gəlir səni haqlayır. Ümumiyyətlə, ad gününü təmtəraqla keçirmək xasiyyətim də yoxdu. Simvolik olaraq ailə ilə yığışıb fərqli şəkildə stol açırsan. Bu da doğum günü üçün normal bir şeydi.


- Beynəlxalq Qocalma İnstitutunun araşdırmasına görə insan məhz 40 yaşından sonra qocalmağa başlayır. Amma aktiv şəkildə idmanla məşğul olmaqla bunun qarşısını qismən almaq olar. Siz formada qalmaq üçün idman edirsiz?
- Düzünü desəm, gənclik dövründə idmanla məşğul olmuşam. İndi tam peşəkar səviyyədə olmasa da, əzələləri formada saxlamaq üçün müəyyən prosedurları yerinə yetirirəm. Qocalıq deyəndə ki, insan özü özünü necə qəbul edirsə, odu. Yaş önəm daşımır, insan gərək ruhən qocalmasın, cavan qalsın. İnsanın cəmiyyətlə bir yerdə olması, ətrafı ilə xoş münasibətdə, ünsiyyətdə olması əsasdı. Bax, bunun özü cavanlaşma deməkdi.


- Ayrı-ayrı dövrlərdə cüdo və karate federasiyalarında çalışmısız. İndi də futbol sahəsindəsiz. İdmanın hansı növü ilə işləmək sizin üçün rahatdı?
- Harada çalışmağından asılı olmayaraq, işə can yandırmalısan. İşin içində olmalısan, işlə yaşamalısan. Mən hansı sahədə olmuşamsa, bacardığım qədər bütün gücümü ortaya qoymuşam. O cümlədən futbolda da belədi. Heç bir idman növünün arasında ayrı-seçkilik salmıram, nə potensialım var, hər yerdə istifadə etmişəm. Kənardan necə görünüb, hansı qiymət verilib, bunu deyə bilmərəm.


- Fərdi idman növlərində kifayət qədər uğurlarımız var. Olimpiya, dünya və Avropa çempionatlarında çoxlu medallar qazanmışıq. Amma bizim üçün kollektiv idman növlərində nailiyyət əldə etmək çətindi. Sizcə niyə?
- Doğrudan da Azərbaycana kollektiv idman növlərində uğur qazanmaq çətin olub. Fərdi olaraq bu sualın cavabını araşdırmamışam. Görünür ki, fərdi idman növlərində aktivliyimiz daha çoxdu, nəinki kollektiv növlərdə. Amma voleybolda, basketbolda və həndbolda nailiyyətlərimiz olub. Xüsusən də voleybolda klub və yığma səviyyəsində diqqət çəkən uğurlar qazanmışıq. Son olaraq “Qarabağ”ın UEFA Çempionlar Liqasının qrup mərhələsində çıxış etməsini qeyd edə bilərik. Kollektiv idman növlərində uğur qazanmaq üçün müəyyən bir vaxt lazım idi və indi o dövr yetişib. Tədricən tendensiya dəyişib, uğurların sayı artır və bu silsiləyə çevrilir. Sadəcə, gözləmək lazımdı.


- “Facebook” sosial şəbəkəsində paylaşdığınız statuslardan biri diqqətimi daha çox çəkdi. “Sevinc göz yaşları” başlıqlı statusu cüdoçu Elxan Məmmədovun 2013-cü ildə Braziliyada dünya çempionu olması münasibətilə paylaşmısız. Şəxsi həyatınızda necə, sevinc göz yaşınız olub?
- Düzü, özümün hər hansı bir uğurum olubsa belə, o şəkildə reaksiya verdiyim, ağladığım olmayıb, sakit qarşılamışam. Nailiyyətim bəlkə də mənim üçün böyük uğur sayılsa da, ağlamamışam, bu, xasiyyətimdə yoxdu. Elxan Məmmədovun çempion olması Azərbaycanın tarixinə yazılan uğurdu. 45 illik cüdo tariximizdə dünya çempionu olmamışdı. Sevincimi başqa cür də ifadə edə bilməzdim.


- Neapol – Bakı Assosiasiyasının vitse-prezidentisiz. Neapola sevginizin olduğu şübhə doğurmur. Maraqlıdı, “Napoli”yə də qarşı eyni hissləri keçirirsiz?
- Bilirsiz, əvvəllər konkret olaraq pərəstiş etdiyim futbol klubu olmayıb. Neapolla iqtisadi, mədəni əlaqələrin inkişafı istiqamətində işlər gördüyümə görə sonradan “Napoli” azarkeşlik etdiyim komanda oldu. Klubun bütün oyunlarını izlədiyimi deyə bilməsəm də, “Napoli”yə sevgim var. Milyonların sevimlisi Maradonanın vaxtilə bu komandada çıxış etdiyini hamı yaxşı bilir.


- “Kəpəz”ə gəlməmişdən öncə də sizin Gəncəyə bağlılığınızın olduğunu bilirəm. Burada təhsilinizi davam etdirirsiz. Fikrimcə, Nizami yurdu sizin üçün yad yer hesab olunmamalıdı.
- Mən Azərbaycan Dövlət Aqrar Universitetində doktoranturada təhsil alıram. Bundan əlavə, hərbi xidmətim də Gəncədə olub. “Kəpəz” o vaxtdan mənim üçün doğmalaşıb. Ruhumda belə bu şəhərlə bağlılıq var. Gəncədə olanda tam fərqli hisslər keçirirəm, çox rahat oluram. Çoxlu dostlarım var, onlarla görüşürəm. Mənim üçün doğma, əziz yerdi. “Kəpəz” tarixi, titulları olan böyük komandadır. Klubun inkişafı istiqamətində nə bacarıramsa, əlimdən gələni edəcəm. Heç şübhə etmirəm ki, “Kəpəz” uğurları sıralamaqla əvvəlki əzəmətini, “yenilməz armada” adını özünə qaytaracaq. Futbolda uğur kollektiv əməyin nəticəsidi, biz birlikdə buna nail olacağıq. Bu işdə azarkeşlər bizim əsas dəstəkverici qüvvəmizdi.


- Üç oğlunuz var, onlardan hansının idmana marağı var?
- Son beşiyimiz çox balacadı, amma idmana yönləndirmişəm. Ortancıl futbolla çox maraqlanır, oynamaq üçün səy göstərir. Futbola kimi karate və cüdo ilə məşğul olub. Elə böyük oğlum da karate ilə məşğuldu.


- Uzun illər televiziyada ölkə idmanının uğurlarını tamaşaçılara çatdırmısız, mavi ekran sizi ictimaiyyətə tanıdıb. Televiziyanı karyeranızda irəliyə doğru böyük pillə hesab edirsiz?
- Əlbəttə, sizinlə tam razıyam, televiziya böyük qüvvə və təcrübədi. Bizim inkişafımızda o vaxtlar “Space” tv-nin İdman departametinin rəhbəri olan Aydın Əliyevin xüsusi zəhmətini vurğulamaq istərdim. O, həmişə işinə olduqca peşəkar yanaşıb və televiziya əməkdaşlarının da peşəkarlaşması yönündə fədakar fəaliyyəti ilə seçilib. Dəyərli məshələtlər, tövsiyyələr verib.  Şadam ki, Aydın müəllimdən çox şey öyrənmişəm. Onun istər mənim, istərsə də vaxtilə birgə çalışdığımız həmkarlarım Elnur Kələntərov və Tural Xudiyevin üzərində böyük zəhməti olub. Aydın Əliyev mənim baxış bucağımı dəyişib, həyatda möhkəmlənməyim üçün çox önəmli təsir göstərib. Buna görə müəllimimizə təşəkkür edirəm. O, Azərbaycan idman jurnalistikasının canlı əfsanəsidi. Gənclərimiz inkişaf etmək üçün ondan çox şey öyrənməlidilər. Bu prizmadan baxaraq televiziya hər hansı bir simanın tanıdılmasında, onun cəmiyyətdə qəbul olmasında böyük rol oynayır. Odu ki, “Space” televiziyasına da minnətdaram.

* Xəbərə şərh yoxdur
Adınız
E-mail adresiniz
Şərhiniz
Rövnəq Abdullayevin Qurban Qurbanovun təyinatı haqda danışdığı - VİDEO
2017-11-03  // 8 Comments
Köşə yazıları
Amal Abuşov
“Qarabağ”ı gözləyən çətin sınaq
2018-02-20  // 0 Şərh
Amal Abuşov
Harda qalmışdıq?
2018-02-12  // 0 Şərh
Sorgu
Sizcə "Qarabağ" Avropa Liqasının qrupundan çıxa biləcək?
Bəli
En chox oxunanlar
"Qarabağ" "Srvena Zvezda"nın futbolçusuna təklif göndərdi
"Neftçi"nin bazası da saraldı - FOTOLAR
Kamran Quliyevə daha bir vəzifə verilə bilər
"Sumqayıt"da Ceyhun Sultanovun vəzifəsi bu şəxsə tapşırıldı
Ruslan Qurbanov Ayxan Abbasovdan üzr istədi, söyüş söyməsinin səbəbini açıqladı - FOTO
Ceyhun Sultanov yeni legionerlərlə bağlı çalışmalara başladı
Ayxan Abbasov millinin qapıçısını əvəzedici komandaya göndərdi
Almaniyada gələcəyin konkisürmə ulduzu sayılan 13 yaşlı Nərgiz Süleymanovanın atası: “Kanadalıya pul tapırlar, bizə yox”
“Azərikimya” işi nəzarətə götürdü: SİS Gəncədə etdiyini Sumqayıtda edə bilməyəcək - ÖZƏL!
Yunis Hüseynov 1 il vaxt istəyib

Xəbər Lenti
24 Fevral 2018
23:00 "Neftçi" - "Zirə" 1:1 - FOTOLAR
22:41 Erməniyə qalib gələn Orucov Almaniyada gümüş medal qazandı
22:30 Bombardirlərin yarışında fərq azaldı
21:36 “Zirə”nin məşqçisi: “Heç-heçə bizim üçün yaxşı nəticədi”
21:27 Tərlan Əhmədov: “Gələcəyə ümid var”
20:50 "Neftçi" - "Zirə" 1:1 - VİDEO
20:13 "Neftçi"nin və millimizin sabiq üzvünün voleybolçumuzla toyudur
19:58 “Qəbələ” “Səbail”ə uduzdu, paytaxt derbisi “sülh”lə bitdi
19:00 "Səbail" - "Qəbələ" 2:1 - VİDEO
18:50 “Qarabağ”dan xal itkisi, “Keşlə”dən qələbə
18:45 Fariz Nəcəfov: "Məğlub olacağımızı gözləmirdim" - MÜSAHİBƏ
18:38 Kərim Diniyev "Qəbələ"yə qarşı özü oynamaq istəməyib - ÖZƏL
18:31 Samir Əliyev: "Rahil Məmmədov küçədə qalmışdı"
18:20 Roman Qriqorçuk: “Bunu gözləmirdim”
17:49 Hücumçularımızın Türkiyədəki qarşıdurmasında kapitanımız sevindi
17:33 “Yasamal”la “Marafon Futsal”dan inamlı qələbə
17:00 Rəşad Sadıqov "Qarabağ"dakı məşqçilik fəaliyyətini davam etdirəcək
16:30 “Qarabağ”ın zədəli futbolçusu sıraya döndü
15:32 AFFA-nın sabiq prezidentinin bacısı qətlə yetirildi
15:00 Millimizin sabiq üzvü futbol məktəbi açdı
14:35 “Neftçi”nin sabiq forvardı milliyə məşqçi təyin olundu
14:00 "Qarabağ Vyana" futbol klubu yeni stadiona qovuşub - FOTO
13:38 “Rostov”a qələbə qazandıran Quliyev: “Özümü burada əla hiss edirəm”
13:00 "Səbail" rəhbərliyi Samir Əliyevə mətbuatla ünsiyyəti qadağan edib?
12:42 Azərbaycan Voleybol Federasiyası hesabatını təqdim etdi
12:30 Boksçumuz yarımfinala vəsiqə qazandı
12:00 Lippert mənzil tutmaq əvəzinə oteldə qalır: kommunal xərc yox, paltar yumaq yox, yemək bişirmək yox
11:21 Hollandiyada Azərbaycan derbisi qolsuz bitdi
11:00 Vəli Hüseynov: "Deyəndə ki, ermənilər Cəbrayılı işğal etdilər..." - MÜSAHİBƏ
10:30 Təbriz klubu darmadağına üzüldü
00:30 Ölkə çempionatında son gün gənc sərbəst güləşçilər yarışdı
00:01 Anatoli Banişevskinin xatirəsi belə yad olundu - VİDEO
23 Fevral 2018
23:50 Cüdo üzrə Azərbaycan birinciliyi başa çatdı
23:00 MOİK - "Ağsu" 2:0 - VİDEO
22:00 "Media turniri-2"nin püşkü atıldı, təqvim açıqlandı
21:15 "Qaradağ Lökbatan" - "Şüvəlan" 1:2 - VİDEO
20:26 “Qarabağ” Türkiyədə ilin ən yaxşısı seçilə bilər
19:38 "Sabah" - "Turan Tovuz" 2:2 - VİDEO
19:00 "Qarabağ" "Srvena Zvezda"nın futbolçusuna təklif göndərdi
18:41 Banişevskinin xatirə turnirinin qalibi bəlli oldu
18:21 Premyer Liqada 17-ci tur: tarixə səyahət
18:00 "Sumqayıt"da Ceyhun Sultanovun vəzifəsi bu şəxsə tapşırıldı
17:40 Turu buraxan olmayacaq
17:20 Lider uduzdu, çempion xal itirdi
17:00 “Azərikimya” işi nəzarətə götürdü: SİS Gəncədə etdiyini Sumqayıtda edə bilməyəcək - ÖZƏL!
16:42 Anatoli Banişevskinin məzarı ziyarət edildi
16:20 Avropa Liqasında 1/8 finalın püşkü atıldı
15:44 Sumqayıtda cüdo üzrə şəhər birinciliyinə yekun vuruldu
15:20 Şəhriyar Məmmədyarov: “Çəkindiyim rəqib Maqnus Karlsendi”
15:00 Ayxan Abbasov millinin qapıçısını əvəzedici komandaya göndərdi
Bütün xəbərlər

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.