Ucuz təyyarə biletləri

Foqtsun güdazına gedən Nazimimiz

Tarix:  09.01.14 14:01           Yazar:  Kənan Məstəliyev           Oxunub: 823 dəfə

Statistika birtərəfli şeydi. Həmin bu statistikaya görə Nazim Süleymanov baş məşqçisi olduğu 8 Premyer-Liqa matçında “Neftçi” 3 dəfə məğlub, 1 dəfə heç-heçə edib. Yəni mümkün 24 xaldan cəmi 13-ü toplanılıb. Yəni 54 faizlik “uğur”. Bu, son üç ilin çempionu olan “Neftçi”nin baş məşqçisinin passivində olan rəqəmlərdi. Belə durumlarda iki çıxış yolu olur: ya məşqçi istefa verir, ya da onun göndərirlər. Uzatmadan.

 

“Məşqçiyə vaxt və şans vermək gərəkdi” ifadəsindən çıxış və ona verilən 2 aylıq (hərçənd “Neftçi”nin baş məşqçisi üçün bu müddət yetərlidi) müddəti yetərli saymayaraq, deyək ki, nəticəni birtəhər qəbul etdik.

 

Bəs xarizma, bəs intizam, bəs cəsarət, bəs hörmət? Vallah, bəlkə də məni qınayacaqsız, ancaq “Neftçi”dəki Nazim Süleymanovda mən bunların demək olar ki, heç birini görmədim. Aşkar məsələ idi ki, futbolçular yeni baş məşqçiyə hörmət etmirlər. Oyunçularla Nazim bəy arasındakı münasibətlər baş məşqçi – futbolçu yox, fiziki hazırlıq üzrə məşqçi – futbolçu, yaxud seleksioner məşqçi – futbolçu səviyyəsində idi. O özü də az qala hər oyunsonrası açıqlamasında yetirmələrinin işə diqqətsiz yanaşdığını deyir, bunu onların səhvi kimi qələmə verir, biz jurnalistlər isə “bəlkə bunun günahını özünüzdə də axtarasınız” deyirdik. Cavab isə yolaverdi tərzində olurdu. “Neftçi”nin futbolçusu “Qarabağ”, “İnter” və AZAL kimi komandalarla oyuna diqqətidağınıq çıxırsa, günahı məşqçidə axtarmaq lazımdı. Biz də axtarırdıq. Zaman göstərdi ki, düz də edirdik. 

 

Məşqçinin işinə müdaxilələr məsələsi də çox müzakirə olunur. Nazim bəy özü bu baxımdan ona heç bir problem yaşamadığını desə də, mən ona inanmıram. Çünki məsələn, AZAL-la oyunun fasiləsindəki (sonrasında yox ha!) məqamı öz gözlərimlə görmüşəm. Özünə hörmət edən məşqçi isə belə şeylər baş verən kimi, elə fasilədəcə istefa verməliydi. Lap həmin an olmasa da, matç bitən kimi – məğlubiyyəti günahını hakimlərdə, hətta jurnalistlərdə görməyərək, sivil formada. Süleymanov isə bunu da etmədi. 

 

Başını aşağı salıb çörəyini qazanmaq lazımdı, deyilmi?

 

Dünənki istefa isə gecikmiş addımdı. Yeni transferlərin olmayacağı xəbəri bir məşqçi dəhşətli istefa səbəbi deyil. Bura bəlli siyasəti, yolu olan “Neftçi”di. Bu komanda Azərbaycanda Nazim Süleymanovla da çempion ola bilər, Nazim Süleymanovsuz da. İşlədiyi iki ay ərzində öz futbol fəlsəfəsinin cizgilərini belə ortaya qoymayan məşqçinin transferlər istəməsi də ciddi qəbul olunmaya bilər. 

 

Mətbuat konfranslarında – “meydança düz, top yumrudu”, “futbol gözəl oyundu”, “topu qapıdan keçirmək lazımdı”, “filan cür oynamaq lazımdı” yaxud başqa bu tip ümumi açıqlamaları isə...  Bu gün Süleymanov olmur, lap Maradona da, Messi də gəlib mənə məğlubiyyətin səbəbini bu cür izah etsə, qəbul etmərəm. Biz uşaq deyilik, futbolu da institutda öyrətməyiblər.

 

Sözümün mustafası isə budu ki, Nazim Süleymanov Foqtsun rəhbərliyi altında işlədiyi vaxt ərzində məşqçilik bacarığına böyük zərbə vurub! Həmişə ikinci planda olmağa öyrəşən, özü qərar qəbul etməyən, edəndə də müdafiə axtaran, sıravi jurnalistin sualından belə çəkinən, bəzən nə cavab verəcəyini bilməyərək az qala mətbuat katibindən imdad diləyən birisinin “Neftçi”nin başında olması çətin məsələ idi.

 

Nazim Süleymanov “Neftçi”yə yanlış vaxtda gəlmişdi, yanlış vaxtda da getdi. Klub rəhbərliyi də onu məhz bu məqamda seçməklə səhvə yol vermişdi. Nəticədə hər iki tərəf ziyan gördü. Hər iki tərəf - ayrı-ayrılıqda böyük dəyərlər olan “Neftçi” və Nazim Süleymanov - başlarına gələnlərdən dərs çıxarmalı, hadisələri kənardan izləyənlər isə bunları təkrarlamamağa çalışmalıdı.

* Xəbərə şərh yoxdur
Adınız
E-mail adresiniz
Şərhiniz
Rövnəq Abdullayevin Qurban Qurbanovun təyinatı haqda danışdığı - VİDEO
2017-11-03  // 8 Comments
Köşə yazıları
Amal Abuşov
“Qarabağ”ı gözləyən çətin sınaq
2018-02-20  // 0 Şərh
Amal Abuşov
Harda qalmışdıq?
2018-02-12  // 0 Şərh
Sorgu
Sizcə "Qarabağ" Avropa Liqasının qrupundan çıxa biləcək?
Bəli
En chox oxunanlar
"Neftçi"nin və millimizin sabiq üzvünün voleybolçumuzla toyudur
Kərim Diniyev "Qəbələ"yə qarşı özü oynamaq istəməyib - ÖZƏL
Millimizin sabiq üzvü futbol məktəbi açdı
“Qarabağ” “Kəpəz”ə, “Sumqayıt” “Keşlə”yə qalib gəldi
"Neftçi"dən ayrılan futbolçu: "Bəzi insanlar buna layiq deyildilər" - MÜSAHİBƏ
“Qəbələ” “Səbail”ə uduzdu, paytaxt derbisi “sülh”lə bitdi
Kabel oğurluğuna görə tutulan futbolçu "Zaqatala"da!
Lippert mənzil tutmaq əvəzinə oteldə qalır: kommunal xərc yox, paltar yumaq yox, yemək bişirmək yox
"Qarabağ Vyana" futbol klubu yeni stadiona qovuşub - FOTO
Samir Əliyev: "Rahil Məmmədov küçədə qalmışdı"

Xəbər Lenti
26 Fevral 2018
00:05 Araz Abdullayev oynadı, “Anortosis” qalib gəldi
25 Fevral 2018
23:45 "Kəpəz"in veteran futbolçusu tarixi vərəqlədi: “Taksi ilə gedib “Neftçi”ni udmuşduq” - MÜSAHİBƏ + FOTOLAR
22:44 Millimizdən “Böyük Dəbilqə”də daha bir medal
22:35 Vüqar Nadirovdan het-trik, "Səbail"dən "Qəbələ" üzərində qələbə
21:00 Hücumçumuz Türkiyədə yenə sevindi
20:55 "Qarabağ" - "Kəpəz" 1:0 - VİDEO
20:51 Əzizova "Beşiktaş"ın qələbəsində pay sahibi oldu
20:35 Qurban Qurbanov: “Narahatlığın səbəbi nədi, bilmirəm”
20:23 Yunis Hüseynov: “Keşlə” ilə oyunda da qapımıza ofsayddan qol vuruldu, bu oyunda da”
19:55 “Qarabağ” “Kəpəz”ə, “Sumqayıt” “Keşlə”yə qalib gəldi
19:00 Firdovsi Umudov: “İdmanı siyasətdən uzaq tutmaq istəsək də…”
18:30 "Keşlə" - "Sumqayıt" 1:2 - FOTOLAR
18:11 "Keşlə" - "Sumqayıt" 1:2 - VİDEO
17:21 Yuri Maksimov: “Sumqayıt” “Keşlə”dən güclüdü”
17:14 Seymur Rəhimov: “Oyunçular dediklərimizi tam yerinə yetirdilər”
15:30 Boksçumuz “Strandja”da bürünc medal qazandı
15:00 "Neftçi"dən ayrılan futbolçu: "Bəzi insanlar buna layiq deyildilər" - MÜSAHİBƏ
14:30 "Səbail" - "Qəbələ" 2:1 - FOTOLAR
14:00 Kabel oğurluğuna görə tutulan futbolçu "Zaqatala"da!
13:30 “Duysburq” Eratsız qalib gəldi
13:00 "Qəbələ"nin legionerindən etiraf: "Qarabağ" "Kəpəz"i məğlub etsə..." - MÜSAHİBƏ
12:42 Millimizin sabiq üzvü üçün 90 dəqiqə
12:20 Nəsirovsuz “Sportinq” yenə xal itirdi
12:00 "Zirə"nin yeni legioneri Azərbaycana disklə gəlib: "Mənə demişdilər ki..." - MÜSAHİBƏ
11:41 Pavel Paşayev üçün 90 dəqiqə və 3 xal
11:22 Güləşçilərimizdən ilk gündə 5 qızıl, 2 gümüş və 3 bürünc medal
10:30 Dmitri Nazarov üçün 79 dəqiqə və 3 xal
24 Fevral 2018
23:00 "Neftçi" - "Zirə" 1:1 - FOTOLAR
22:41 Erməniyə qalib gələn Orucov Almaniyada gümüş medal qazandı
22:30 Bombardirlərin yarışında fərq azaldı
21:36 “Zirə”nin məşqçisi: “Heç-heçə bizim üçün yaxşı nəticədi”
21:27 Tərlan Əhmədov: “Gələcəyə ümid var”
20:50 "Neftçi" - "Zirə" 1:1 - VİDEO
20:13 "Neftçi"nin və millimizin sabiq üzvünün voleybolçumuzla toyudur
19:58 “Qəbələ” “Səbail”ə uduzdu, paytaxt derbisi “sülh”lə bitdi
19:00 "Səbail" - "Qəbələ" 2:1 - VİDEO
18:50 “Qarabağ”dan xal itkisi, “Keşlə”dən qələbə
18:45 Fariz Nəcəfov: "Məğlub olacağımızı gözləmirdim" - MÜSAHİBƏ
18:38 Kərim Diniyev "Qəbələ"yə qarşı özü oynamaq istəməyib - ÖZƏL
18:31 Samir Əliyev: "Rahil Məmmədov küçədə qalmışdı"
18:20 Roman Qriqorçuk: “Bunu gözləmirdim”
17:49 Hücumçularımızın Türkiyədəki qarşıdurmasında kapitanımız sevindi
17:33 “Yasamal”la “Marafon Futsal”dan inamlı qələbə
17:00 Rəşad Sadıqov "Qarabağ"dakı məşqçilik fəaliyyətini davam etdirəcək
16:30 “Qarabağ”ın zədəli futbolçusu sıraya döndü
15:32 AFFA-nın sabiq prezidentinin bacısı qətlə yetirildi
15:00 Millimizin sabiq üzvü futbol məktəbi açdı
14:35 “Neftçi”nin sabiq forvardı milliyə məşqçi təyin olundu
14:00 "Qarabağ Vyana" futbol klubu yeni stadiona qovuşub - FOTO
13:38 “Rostov”a qələbə qazandıran Quliyev: “Özümü burada əla hiss edirəm”
Bütün xəbərlər

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.