
1-ci Liqa klubu kot-d'İvuarlı futbolçu transfer etdi
- 12 Mar 2025 21:00
- 40
Azərbaycan 1-ci Liqa təmsilçisi "Mingəçevir" heyətini kot-d'İvuarlı futbolçu ilə gücləndirib.
Rekord.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, bölgə komandası Donald Ange ilə anlaşıb.
20 yaşlı oyunçu ilə cari mövsümün sonuna qədər müqavilə imzalanıb.
Ange son olaraq Moldova 1-ci Liqasında çıxış edən “Saksan”da çıxış edib. Burada 14 oyunda 3 qol vuran hücumçu 2 məhsuldar ötürmə də edib.