
1-ci Liqa komandalarının cəzaları açıqlandı
- 16:30
- 52
AFFA İntizam Komitəsinin iclası keçirilib.
Rekord.az xəbər verir ki, iclasda Birinci Liqanın 22-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:
“Baku Sporting” – “Qaradağ Lökbatan” oyununda “Qaradağ Lökbatan” klubunun 4 futbolçusu sarı vərəqə aldığı üçün “Qaradağ Lökbatan” klubu 70 manat cərimə edilib.
“Cəbrayıl” – “Mingəçevir” oyununda xərəkdaşıyanların say limiti pozulduğuna görə “Cəbrayıl” komandası 80 manat cərimə edilib.
“Difai” – “Zaqatala” oyununun matçöncəsi iclasında “Zaqatala” klubunun nümayəndəsi iştirak etmədiyinə görə “Zaqatala” klubu 80 manat cərimə edilib.
MOİK – “Karvan” oyununda MOİK klubunun 4 futbolçusu sarı vərəqə aldığı üçün MOİK klubu 70 manat cərimə edilib.
MOİK – “Karvan” oyununda dəhlizdə, ev sahibi komandanın soyunub-geyinmə otağında “A buraxılışı” vəsiqəsindən istifadə etməyən şəxslər olduğuna görə MOİK klubu 50 manat cərimə edilib.
MOİK – “Karvan” oyununda xərəkdaşıyanların say limiti pozulduğuna görə MOİK komandası 80 manat cərimə edilib.
“İmişli” – “Qəbələ” oyununda “İmişli” klubunun 5 futbolçusu sarı vərəqə aldığı üçün “İmişli” klubu 70 manat cərimə edilib.
“İmişli” – “Qəbələ” oyununda “Qəbələ” klubunda 4 nəfər sarı vərəqə aldığı üçün “Qəbələ” klubu 70 manat cərimə edilib.
1-ci Liqada 20-ci turun “Difai” – “Karvan” oyunu ilə bağlı AFFA Apellyasiya Arbitraj Tribunalının 18 aprel tarixli qərarına əsasən məsələyə də yenidən baxılıb və qərara alınıb:
20-ci turun “Difai” – “Karvan” görüşündə oyun günü planının pozulmasına (meydança sulanmayıb, qapı torunda problem olduğu üçün matç 6 dəqiqə gec başlayıb) görə “Difai” klubu 100 manat cərimə edilib.