
1-ci Liqa oyunu hava şəraiti ilə əlaqədar təxirə salındı
- 27 Fev 2025 16:40
- 44
1-ci Liqanın 16-cı turunda bu gün keçirilməsi planlaşdırılan "Mingəçevir" - "Difai" oyunu təxirə salınıb.
Rekord.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.
Qarşılaşmanın hava şəraiti ilə əlaqədar baş tutmayacağı diqqətə çatdırılıb.
Qurum matçın yeni tarixi və digər detallarla bağlı əlavə məlumatın veriləcəyini bildirib.