Braziliya A Seriyasında mövsümün başa çatmasına 4 tur qalmış "Flamenqo"nun çempionluğu rəsmiləşib.

Rekord.az xəbər verir ki, bu, liderin ən yaxın izləyicisi "Palmeyras"ın 34-cü turda evdə "Qremio"ya 1:2 hesabı ilə məğlub olmasından sonra reallaşıb.

Beləcə, Rio-de-Janeyro təmsilçisi tarixində 7-ci dəfə Braziliya çempionu adına layiq görülüb. Portuqaliyalı Jorje Jezuşun baş məşqçisi olduğu komanda bir mövsümdə həm çempion, həm də Libertadores Kubokunu qazanmaqla "Santos"un əfsanəvi Pelenin heyətində çıxış edərkən - 1963-cü ildəki uğurunu təkrarlamış oldu.