"10 nömrəli formanı onun üçün saxlamışıq"
- 16 Apr 2020 17:11
- 681
Argentinanın "İndependiente" klubunun baş məşqçisi Lukas Pusineri "Mançester Siti"nin futbolçusu Serxio Aqueronu komandada görmək istədiyini deyib.
Rekord.az xəbər verir ki, 43 yaşlı mütəxəssis 10 nömrəli formanı argentinalı hücumçu üçün saxladıqlarını söyləyib:
"Ümid edirəm ki, Aqueronun baş məşqçisi olmaq növbəsi mənim olacaq. Onun komanda yoldaşı olmuşam və gələcəkdə baş məşqçisi olacağına ümid edirəm.
"İndependiente"də olduğum müddətdə, Serxio ilə yenidən birgə çalışa bilərəm. 10 nömrəli formanı onun üçün saxlamışıq. 2 ay və ya da əvvəl onunla danışmışdım. Hər şey Aqueronun geri dönmək istəyindən asılı olacaq. Serxionun qayıdışı azarkeşlər üçün sevinc olar".
Serxio Aqueronun "Mançester Siti" ilə 2021-ci ilin yayına qədər müqaviləsi var. 31 yaşlı futbolçu "şəhərlilər"də 368 oyunda 254 qol vurub.