15 ildən sonra yenidən "Peruca"da!
- 06 Yan 2020 15:18
- 956
30 ildir İtaliyada məşqçilik edən Serse Kosminin yeni iş yeri məlum olub.
Rekord.az xəbər verir ki, 56 yaşlı mütəxəssis 2000/2004-cü illərdə baş məşqçisi olduğu "Peruca"ya qayıdıb.
Yayda "Venesiya"dan ayrılandan sonra işsiz qalan Kosminin keçmiş iş yerinə dönüşü xəbərini klubun rəsmi saytı yayıb. Lakin anlaşmanın detalları barədə məlumat verilməyib.
Qeyd edək ki, mütəxəssis İtaliyadan başqa heç bir ölkədə-klubda məşqçi işləməyib. Onun köhnə-yeni klubunda debütü İtaliya kubokunun 1/8 finalının "Napoli" ilə görüşünə təsadüf edəcək.
B Seriyasında mübarizə aparan "Peruca" autsayder olmasa belə, işləri tam qaydasında da deyil. Komanda 19 turdan sonra topladığı 27 xalla 7-ci pillədə qərarlaşıb və lider "Benevento"dan 19 xal geri qalır.