17-ci dəfə Gürcüstan çempionu oldu
- 04 Dek 2019 10:30
- 791
Futbol üzrə Gürcüstan çempionatında mövsümün qalibi müəyyənləşib.
Rekord.az xəbər verir ki, Tiflis “Dinamo”su sonuncu turda “Vit-Corciya”nı 2:0 məğlub etməklə Gürcüstan çempionu adını qazanıb.
36 oyuna 23 qələbə qazanıb, 6 heç-heçə edən paytaxt klubu cəmi 7 oyunda məğlub olub və 75 xalla birinci yeri tutub. Batumi “Dinamo”su ilə Tiflisin digər təmsilçisi “Saburtalo” isə 70 xalla müvafiq olaraq 2-3-cü yerləri bölüşüblər. Tiflisin daha bir təmsilçisi “Lokomotiv” də 55 xalla dördüncü olub və Avropa Liqasına sonuncu vəsiqəyə sahib çıxıb.
Qeyd edək ki, bu, “Dinamo”nun 17-ci çempionluğudu.