AFFA İntizam Komitəsinin iclası keçirilib.


Rekord.az xəbər verir ki, iclasda 2-ci Liqanın 17-ci turu ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:


“Sheki City” – “Göygöl” oyununun 30-cu dəqiqəsində “Sheki City” komandasının 97 nömrəli futbolçusu Tural Məmmədzadə təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanıb, “Sheki City” komandası 300 manat cərimə edilib.


“Sheki City” – “Göygöl” oyununa Təcili Tibbi Yardım avtomobili təyin edilmiş vaxtdan gec gəldiyinə görə matç gec başladığı üçün “Sheki City” komandası 100 manat cərimə edilib.


“Sheki City” – “Göygöl” oyununun 90+2-ci dəqiqəsində “Göygöl” komandasının 55 nömrəli futbolçusu Sənan Həsənov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, “Göygöl” komandası 50 manat cərimə edilib.


“Lerik” – “Ağdaş” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Lerik” komandası 80 manat cərimə edilib.


“Şəmkir” – “Şahdağ Qusar” oyununda “Şəmkir” klubunun 4 futbolçusu sarı vərəqə aldığı üçün “Şəmkir” komandası 70 manat cərimə edilib.


“Şəmkir” – “Şahdağ Qusar” oyununda “Şəmkir” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Şəmkir” klubu 150 manat cərimə edilib.


“Araz Saatlı” – “Şəfa” oyununun 56-cı dəqiqəsində “Araz Saatlı” komandasının 44 nömrəli futbolçusu Ramiz Qasımov ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanıb, “Araz Saatlı” klubu 150 manat cərimə edilib.


“Füzuli” – “Hypers Guba” oyununda Əsasnamənin tələbləri pozulduğuna görə “Füzuli” komandası 50 manat cərimə edilib.


“Füzuli” – “Hypers Guba” görüşündə oyun günü planı pozulduğuna görə “Füzuli” komandası 100 manat cərimə edilib.


“Kür-Araz” – “Dinamo” oyununda “Kür-Araz” komandasının 8 futbolçusu sarı vərəqə aldığı üçün “Kür-Araz” komandası 70 manat cərimə edilib.


“Kür-Araz” – “Dinamo” oyununun 40-cı dəqiqəsində “Kür-Araz” komandasının 77 nömrəli futbolçusu Museyib Vəlizadə ikinci sarıdan qırmızı vərəqə aldıqdan sonra, eyni zamanda fasilədə hakimləri təhqir etdiyinə görə 4 oyun cəzalanıb, “Kür-Araz” komandası 300 manat cərimə edilib.