2-ci Liqada 14-cü turun “Şahdağ Qusar” – “Kür-Araz” qarşılaşması baş tutmayıb.


Rekord.az xəbər verir ki, buna səbəb “Kür-Araz” komandasının təyin edilmiş vaxtda stadiona gəlməməsidir.


Matçla bağlı yekun qərar AFFA İntizam Komitəsi tərəfindən veriləcək. 


Meydan sahibi komanda, oyun rəsmiləri təyin olunan vaxtda stadion olub və stadion oyun üçün tam hazır vəziyyətə gətirilib.