
2-ci Liqada martın ən yaxşı qolunun müəllifi mükafatlandırıldı
- 15 Apr 2025 19:00
- 48
Azərbaycan 2-ci Liqasında martın ən yaxşı qolunun müəllifi mükafatlandırılıb.
Rekord.az Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir ki, “Ayın qolu” layihəsində qalib olan "Lerik"in oyunçusu Rəvan Quluzadəyə mükafat təqdim edilib.
Ona plaketi "Dinamo" ilə 21-ci turun qarşılaşmasından əvvəl PFL-in Media şöbəsinin rəisi Müzəffər Müzəffərli verib.