"Transfermarkt" 20 yaşadək braziliyalı futbolçuların reytinqini açıqlayıb.

 

Rekord.az xəbər verir ki, "10-luq"da ilk 2 yeri Madrid "Real"ının futbolçuları tutur.

 

1-ci pillənin sahibi Vinisius Junyor 70 milyon avro qiymətləndirilib.

 

2-ci yerdə "qalaktikos"un 18 yaşlı digər üzvü Rodriqo qərarlaşıb - 40 milyon avro. Sıralamada "3-lüy"ü 20 milyon avro ilə "Fluminense"nin üzvü Joao Pedro qapayır.