2019-cu ilin ən yaxşı bombardiri bəlli oldu
- 26 Dek 2019 16:23
- 828
2019-cu ilin ən yaxşı bombardiri məlum olub.
Rekord.az xəbər verir ki, bu, “Bavariya”nın və Polşa millisinin üzvü Robert Levandovskidi.
Bu barədə İspaniyanın “Marca” nəşri məlumat yayıb. Levandovski bu il keçirdiyi 58 oyunda 54 qol vurub.
Bombardirlər siyahısında 2-ci pillədə “Barselona”nın futbolçusu Lionel Messi qərarlaşıb. Argentinalı hücumçu 58 oyunda 50 qol vurub.
Siyahının 3-cü sırasında isə PSJ-dən Kilian Mbappe yer alıb. Fransız futbolçu 49 oyunda 44 qolla yadda qalıb.