2019-cu ildə Avropada oynayan ən yaxşı braziliyalı futbolçu məlum olub.

Rekord.az xarici mətbuata istinadən xəbər verir ki, azarkeşlər, keçmiş futbolçular və baş məşqçilər arasında keçirilən sorğuda “Liverpul”un qapıçısı Alisson Bekker qalib olub. 27 yaşlı futbolçuya “Samba Gold” mükafatı verilib.

“Samba Gold”u qazanan 3-cü “Liverpul”lu olan Bekker, həm də bu mükafatı alan ilk qapıçı olub. Braziliya millisinin də qolkiperi olan Alisson, 2019-cu ildə “Liverpul”la Çempionlar Liqasını, Klublararası dünya çempionatını, Braziliya yığması ilə isə Amerika kubokunu qazanıb.

“Samba Gold”u ötən il “Liverpul”dan Roberto Firmino qazanmışdı.