2024-cü ilin ən yaxşı pleymeykeri adına namizədlər
- 24 Okt 2024 17:20
- 123
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2024-cü ilin ən yaxşı pleymeykeri adına namizədlərin adlarını açıqlayıb.
Rekord.az IFFHS-nin rəsmi saytına istinadən xəbər verir ki, siyahıda 15 oyunçu yer alıb.
Bunlar İngiltərənin "Mançester Siti" klubundan Kevin De Bröyne, İlkay Gündoğan, "Mançester Yunayted"dən Brunu Fernandeş, "Arsenal"dan Martin Edeqor, "Vest Hem"dən Məhəmməd Kudus, İtaliyanın "İnter" komandasından Hakan Çalhanoğlu, "Milan"dan Yunus Musah, İspaniyanın "Real" kollektivindən Cud Bellingem, karyerasını başa vurmuş Toni Kroos, "Barselona"dan Dani Olmo (əvvəlki klubu "Leyptsiq), "Rayo Valyekano”dan Xames Rodriqes (əvvəlki klubu "San Paulu") Almaniya təmsilçisi "Bavariya"dan Camal Musiala, "Bayer"dən Florian Virts, ABŞ-nin "İnter Mayami" klubundan Lionel Messi və Fransa çempionu PSJ-dən Li Kan İndir.
2023-cü ildə bu mükafata Kevin De Bröyne layiq görülüb.