Çinin "Şjetszyan" klubunun futbolçusu Aaron Bupendza vəfat edib.


Rekord.az xəbər verir ki, bu barədə Türkiyənin NTV nəşri məlumat yayıb.


28 yaşlı qabonlu hücumçunun binanın 11-ci mərtəbəsindən yıxılaraq həyatını itirdiyi bildirilib.


Bupendza 2020/2021 mövsümündə Türkiyənin "Hatayspor" klubunun formasını geyinib.