3 boksçumuz beynəlxalq turnirdə yarımfinala yüksəldi
- 20 Dek 2023 12:20
- 300
Azərbaycan boksunun banisi Abbas Ağalarovun xatirəsinə həsr olunan gənclər arasında ənənəvi beynəlxalq turnirdə 1/4 final mərhələsinin döyüşlərinə start verilib.
Rekord.az xəbər verir ki Bakı Boks Mərkəzində təşkil edilən yarışda 5 çəki dərəcəsində yarımfinalçılar bəlli olub.
Mərhələ adlayanlar arasında Azərbaycan millisinin 3 boksçusu da var.
Yarımfinala vəsiqə qazananlar özləri üçün ən azı bürünc medalı təmin ediblər.
Qeyd edək ki, 7 komandanın iştirakı ilə keçirilən yarışın üçüncü günündə 16 görüş olacaq. Turnirin qaliblərinin adlarına dekabrın 22-də aydınlıq gələcək.
48 kq
Abay Toleybekov (Qazaxıstan) – Ucal Musayev (Azərbaycan) – 5:0
Muinxuja Muminov (Tacikistan) – Ramal Yolçiyev (Azərbaycan) – 3:2
Rövşən Bünyatov (Azərbaycan) – Ayaz Tağızadə (Azərbaycan) – 0:5
Fərid İsmayılzadə (Azərbaycan) – Bilalhəbəşi Nəzərov (Azərbaycan) – 0:5
51 kq
Dias Berikbay (Qazaxıstan) – Bexultan Boranbek (Qazaxıstan) – 1:4
54 kq
Anuşervon Fozilov (Tacikistan) – Favaz Aluhaybi (Səudiyyə Ərəbistanı) – ikinci döyüşə gəlməyib
Aydak Kadirxan (Qazaxıstan) – Müslim Davletkayev (Rusiya) – 3:2
Yerasil Amanqaliyev (Qazaxıstan) – Qurban Həsənov (Rusiya) – 5:0
60 kq
Orucəli Cavadzadə (Azərbaycan) – Bek Joldaşbek (Qazaxıstan) – 0:5
Tofiq Zairov (Azərbaycan) – Vaqif Hacıyev (Azərbaycan) – 5:0
Ayxan Heydərov (Azərbaycan) – Canarslan Temirbiyev (Rusiya) – 0:5
71 kq
İbrahim Nəcəfov (Azərbaycan) – Ayxan Əliyev – ikinci tam üstünlüklə qalib gəlib
75 kq
Şerbek Şokirov (Özbəkistan) – Sanjar-Ali Beqaliv (Qazaxıstan) – 0:5
Damir Sineyev (Qazaxıstan) – İmamrza Sadıxzadə (Azərbaycan) – birinci tam üstünlüklə qalib gəlib
+92 kq
Maqomedxan Malaçiyev (Rusiya) – İlkin Məmmədli (Azərbaycan) – 5:0