3 il əvvəl karyerasını başa vuran Osvaldo yenidən qayıdır
- 04 Yan 2020 17:45
- 696
2016-cı ildə karyerasını başa vurduğunu açıqlayan və son klubu "Boka Xuniors" olan İtaliya yığmasının sabiq hücumçusu Daniel Osvaldo qərarını dəyişib.
Rekord.az xəbər verir ki, karyerasının musiqi sahəsində davam etdirəcəyini bəyan edən 33 yaşlı argentinalı forvard yenidən yaşıl meydanlara qayıdıb.
Bu barədə məlumatı Osvaldo ilə yaya qədər müqavilə bağlayan "Banfild" klubu yayıb. Karyerası ərzində “Atalanta”, “Leççe”, “Bolonya”, “Espanyol”, “Roma”, “Sauthempton”, “Yuventus”, “İnter” və “Portu” kimi klublarda çıxış etmiş futbolçu 2011/2014-cü illərdə İtaliya millisinin heyətində 14 oyun keçirib, 4 qol vurub