3-qat Avropa çempionumuz Rauf Məmmədov ölkə başçısı və 1-ci vitse-prezidentə müraciət etdi
- 02 Fev 2020 15:45
- 1724
Fevralın 9-da ölkəmizdə növbədənkənar parlament seçkiləridir.
Rekord.az saytı xəbər verir ki, hazırda qızğın təbliğat-təşviqat kampaniyası gedir. Namizədlər sırasında şahmat üzrə 3-qat Avropa çempionumuz Rauf Məmmədovun anası Lətifə Oruc qızı Əliyeva da var. O, Biləsuvar rayonu 66 saylı seçki dairəsindən namizədliyini irəli surub. Lətifə xanım ölkənin tanınmış hüquqşünastlarından sayılır. Bu gün məşhur qrossmeysterimiz öz sosial hesabından ölkə rəhbərliyinə müraciət ünvanlayıb. Onun müraciəti ilə sizləri tanış edirik:
“Möhtərəm prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyeva! Bu gün sizə müraciət etnəyimin məqsədi 09.02.2020-ci il tarixində keciriləcək demokratik seçki ilə əlaqədardı. Bildirmək istəyirəm ki, anam Əliyeva Lətifə Oruc qızı 66 saylı Biləsuvar seçki dairəsindən namizədliyini irəli sürmüşdür. Anamın min bir zəhmətlə keçirdiyi təbliğat və təşviqatına bütün vasitələrlə mane olunur. Onun təbliğat üçün lövhələrə yapışdırılmış şəkilləri cirilir, seçki qərargahına təzyiqlər olur. İllər öncə hələ mənim 9 yaşım olanda, ümummilli lider Heydər Əliyev biz şahmatçıları qəbul edərkən, bizimlə fəxr etdiyini və “bu uşaqların valideyinlərinə hər cür şərait yaradılmasını tövsiyyə etmişdi. Lakin bu gün bəzi qüvvələr sizin demokratik islahatlara kölgə salmağa çalışırlar.
Möhtərəm prezident və vitse-prezident, əgər mən bilsəydim ki, bu gün orada olan namizədlərdən hər hansı biri mənim anamdan daha çox bu millətə və dövlətə xeyir verəcək, mən anamın namizədliyini geri götürməsini xahiş edərdim. Mən özümü xoşbəxt hesab edirəm ki, sizin rəhbərlik etdiyiniz azad və firəvan bir ölkənin vətəndaşıyam. Seçki marafonu başlanan gündən mən oyunlarda olmuşam. 10 günlük Bakıya gəlsəm də, anam bu seçki təbliğatını buraxaraq məni görməyə belə gəlməyib. Cünki sizin siyasi kursunuza, sizin demokratik seçkiyə “xalqın etimadını qazanan şəxslər seviləcək” sözlərinə inanır və öz təbliğatını keçirməkdə davam edir.
Anam üçun dövlətin və millətin mənafeyi həmişə hər şeydən və hər kəsdən öndə olub. Azərbaycan Respublikasının gənc vətəndaşı və beynəlxalq qrossmeyster olaraq bu seçkilərin demokratik keçirilməsinə və hər hansı bir qüvvənin bu seçkiyə kölgə salmamasına imkan verilməyəcəyinizə inanıram. Möhtərəm prezident İlham Əliyev və vitse-prezidentimiz Mehriban xanım Əliyeva, sizlərə keçirdiyiniz uğurlu islahatlara görə böyük minnətdarliğımı bildirirəm”.