31 qolun dəyişmədiyi “20-lik”
- 27 Mar 2020 14:44
- 685
“Qəbələ” koronavirus pandemiyası üzündən dayandırılan 2019/20 mövsümündə 31 qol vurub.
Rekord.az xəbər verir ki, bunlardan 25-i Azərbaycan Premyer Liqası, 6-sı Azərbaycan kubokuna təsadüf edib.
Bu qollar klub tarixinin ən məhsuldar 20 oyunçusu siyahısında hər hansı dəyişikliyə səbəb olmayıb. Belə ki, bombardirlərin “20-liy”ində yalnız bir futbolçu hazırda da “qırmızı-qaralar”ın formasını geyinir. 13 qola malik Asif Məmmədov cari mövsümdə fərqlənməyib. O, Samir Zərgərovla 14-15-ci yerləri bölüşür.
Bombardirlər cədvəlinə isə 33 qol vuran Viktor Mendi başçılıq edir. Dodo ondan üç top geri qalır. Baqali Dabonun aktivində 27 qol var. İlk “20-lik”də 10-dan çox qol vuranlar yer alıb.
Ümumilikdə isə 2005-ci ildən indiyədək 546 matç keçirən “Qəbələ” 725 qol vurub. Komandanın 134 oyunçusu rəqib qapısına yol tapıb.
“Qəbələ”nin 20 ən yaxşı bombardiri
1. Viktor Mendi - 33
2. Dodo - 30
3. Baqali Dabo - 27
4. Filip Ozobiç - 25
5-7. Cavid Hüseynov - 20
5-7. Stiven Jozef-Monroz - 20
5-7. Rövşən Əhmədov - 20
8. Daniel Subotiç - 19
9-10. Aleksey Qay - 18
9-10. Kənan Kərimov - 18
11. Yannik Kamanan - 17
12. Deon Burton - 15
13. Sergey Zenyov - 14
14-15. Asif Məmmədov - 13
14-15. Samir Zərgərov - 13
16-18. İbrahim Hüseynov - 12
16-18. Vitali Balamestnı - 12
16-18. Ceyms Adeniyi - 12
19-20. Ruslan Qurbanov - 11
19-20. Rəşad Yusubov - 11