37 yaşında milli karyerasını bitirdiyini açıqladı
- 05 İyl 2024 19:45
- 193
37 yaşlı müdafiəçi Yan Vertongen Belçika millisindən ayrılmağa qərar verib.
Rekord.az xəbər verir ki, bu barədə Belçika millisinin mətbuat xidməti məlumat yayıb:
“Məşq zamanı və futbol meydançasında əsl “qırmızı şeytan” olmağın nə demək olduğunu göstərdin. Yan, biz sənin üçün darıxacağıq”.
Vertongen 2007-ci ildən millinin rənglərini qoruyurdu. Ümumilikdə o, millidə 157 oyun keçirib və 10 qol vurub. Belçika yığması AÇ-2024-də Fransaya 0:1 hesablı məğlubiyyətlə 1/8 finalda mübarizəni dayandırıb. Matçın taleyini 85-ci dəqiqədə Vertongenin avtoqolu həll edib.
Vertongen 2024-cü il Avropa çempionatından kənarlaşdırıldıqdan sonra milli komandanı tərk edib.