Son bir həftənin ən parlaq siması, heç şübhəsiz, Aleksandr Oveçkindi.

Rekord.az xəbər verir ki, “Vaşinqton”un forvardı komandasının “Monreal”a 9:2 qalib gəldiyi oyunda het-trik etdi.

37 yaşlı rusiyalı MHL tarixinə müntəzəm çempionatda ən azı 30 het-trik edən 6-cı hokkeyçi kimi düşdü. Ona qədər bu həddə Ueyn Qretski (50), Mario Lemye (40), Mayk Bossi (39), Brett Hall (33) və Fil Espozito (32) çatıb.