39 yaşlı Modriç milli komandaya çağırıldı
- 19 Avq 2024 17:40
- 192
“Real”ın yarımmüdafiəçisi Luka Modriç sentyabrda keçiriləcək təlim-məşq toplanışı üçün Xorvatiya millisinə çağırılıb.
Rekord.az xəbər verir ki, xorvatlar gələn ay UEFA Millətlər Liqasında Portuqaliya (5 sentyabr) və Polşa (8 sentyabr) ilə görüşlər keçirəcəklər.
İkinci oyunun ertəsi günü Modriç 39 yaşını qeyd edəcək.
Modriç bu yay “Real”la bir mövsümlük yeni müqavilə imzalayıb. O, 2006-cı il martın 1-də Xorvatiya millisində debüt edib. O vaxtdan bəri komandanın heyətində 178 oyun keçirən yarımmüdafiəçi, 26 qol vurub və 29 məhsuldar ötürmə verib.