3x3 basketbol üzrə Dünya Qadın Seriyasının Astara mərhələsi: milli qrupda qaldı, "Neftçi" İSM 1/4 finalda
- 21 May 2023 10:00
- 489
Astarada 3x3 basketbol üzrə Dünya Qadın Seriyasının "Astara" mərhələsi start götürüb.
Rekord.az xəbər verir ki, turnir çərçivəsində 4 qrup üzrə 12 komanda mübarizə aparıb.
Azarkeşlər A,B C və D qruplarının hər birində 3 oyun olmaqla 12 qarşılaşmaya şahidlik ediblər. Almaniya, Ukrayna, Misir A, Çin, Çexiya, Avstriya B, Polşa, “Yuanda” klubu (Çin), Azərbaycan C, Rumıniya, Macarıstan və "Neftçi" (Azərbaycan) klubu D qrupunda mübarizə aparıb.
Turnirin açılış oyununda Azərbaycan Respublikası Gənclər və İdman Naziri Fərid Qayıbov və Azərbaycan Respublikası Elm və Təhsil Naziri Emin Əmrullayev iştirak ediblər. Açılış oyunu Almaniya və Ukrayna milliləri arasında baş tutub. Bu görüşdə Ukrayna kollektivi 15:14 hesablı qələbə qazanıb. B qrupunda isə Avstriya komandası favorit Çini 14:13 hesabı ilə məğlub edib. C qrupunda ilk oyununu keçirən qadın milli komandamız isə, Polşa seçməsi ilə oyundan 7:22 hesablı məğlubiyyətlə ayrılıb. D qrupunda qərarlaşan "Neftçi" klubu, Rumıniya millisinə qarşı gərgin oyunun yekununda meydançadan 15:12 hesabı ilə qalib ayrılıb.
Turniri zəif keçirən millimiz ikinci oyunda Çinin "Yuanda" klubuna da 9:21 hesabı ilə məğlub olaraq, qrupda qalıb. Millidən fərqli olaraq, "Neftçi" İSM ikinci oyunda Macarıstan millisinə də 17:15 hesabı ilə məğlub olaraq qrupdan lider kimi 1/4 finala vəsiqı qazanıb. 1/4 finalda "Neftçi" nin rəqibi Çin millisi olacaq. Oyun 21 may saat 14:30 -da start götürəcək və CBC Sport telekanalında canlı yayımlanacaq. 1/4 finalın digər oyunları ( Ukrayna - Polşa, Avstriya - Macarıstan, "Yuanda" - Misir )