Milli Olimpiya Komitələri Assosiasiyasının (ANOC) yeni prezidenti məlum olub.

Rekord.az xəbər verir ki, Robin Mitçell ANOC-un 26-cı baş assambleyasında qurumun rəhbəri seçilib.

76 yaşlı idman funksionerinin 177 nəfər lehinə, 5 nəfər isə əleyhinə səs verib. İki şəxs bitərəf qalıb.

Mitçell 2018-ci ildən ANOC-da prezident səlahiyyətlərini yerinə yetirir. O, bu postda Şeyx Əhməd Əl Fahad Əl Sabahı əvəzləyib.