9 gündür oteldə qalıb
- 30 Mar 2020 14:19
- 698
Argentinanın “Xodoy Krus” klubunun paraqvaylı futbolçusu Danilo Ortis çətin durmda qalıb.
Rekord.az xəbər verir ki, Ortis böyük oteldə həyat yoldaşı ilə tək qalıb.
Argentinada koronavirusa görə karantin elan edildikdən sonra oteldəki bütün turustlər ölkələrinə yollanıb. Otelin əməkdaşları isə karantinlə bağlı evlərində qalırlar. Futbolçu durumu belə şərh edib:
“Artıq 9 gündür ki, karantin vəziyyətindəyəm. Otelin sahibi giriş qapılarının açarını mənə verdi və hamı evinə yollandı. Hərdən bir qadın gəlib yır-yığış edir. Həyat yoldaşımla məhz o gələndə tək olmuruq”.