A Seriyasında təxirə salınmış oyunların vaxtı açıqlandı
- 06 Mar 2020 18:20
- 817
Koronavirus epidemiyası səbəbindən İtaliya A Seriyasının 25-ci turundan təxirə salınan üç oyunun keçirilmə vaxtı məlum olub.
Rekord.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb. “Atalanta” – “Sassuolo”, “Verona” – “Kalyari” və “Torino” – “Parma” matçları martın 18-də keçiriləcək. Hər üç qarşılaşma azarkeşsiz oynanılacaq.
İtaliya A Seriyasının 25-ci turundan təxirə salınan “İnter” – “Sampdoriya” matçının isə vaxtı hələ məlum deyil.
26-cı turdan təxirə salınmış qarşılaşmaların da keçirilmə vaxtı müəyyənləşib. “Yuventus” - “İnter”, “Parma” - SPAL, “Milan” - “Cenoa”, “Sampdoriya” - “Verona” və “Udineze” - “Fiorentina” qarşılaşmaları martın 8-dö, “Sassuolo” - “Breşiya” görüşü isə ayın 9-da keçiriləcək.