İtaliya A Seriyasında Roma Papasının ölümü ilə əlaqədar təxirə salınan oyunların tarixi açıqlanıb.


Rekord.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.


"Udineze" – "Torino", "Kalyari" - "Fiorentina", "Cenoa" - "Latsio" və "Parma" - "Yuventus" matçları aprelin 23-də keçiriləcək. Görüşlər Bakı vaxtı ilə saat 20:30-da başlayacaq. 


Xatırladaq ki, sözügedən oyunlar aprelin 21-də keçirilməli idi.