AAF-ın baş katibi: Bakıda keçiriləcək Dünya Kubokunun formatı ötənilkindən fərqlənir
- 01 May 2024 14:00
- 196
Bu il yarışın formatı ötənilkindən bir qədər fərqlənir.
Rekord.az xəbər verir ki, bu sözləri Bakıda keçiriləcək Dünya Kubokundan əvvəl təşkil olunan mətbuat konfransında Azərbaycan Atıcılıq Federasiyasının (AAF) baş katibi Emin Cəfərov deyib.
AAF rəsmisi 25 və 50 metr məsafələrə atışların iki dəfə keçiriləcəyini söyləyib: "Buna səbəb fevralda İspaniyada reallaşan Dünya Kubokunda sözügedən atışların müəyyən səbəblərdən baş tutmamasıdır".
E.Cəfərov yarış iştirakçılarına uğurlar arzulayıb: "İnanırıq ki, maraqlı turnirə şahidlik edəcəyik. İdmançılarımıza, xüsusi ilə gənclərə inanırıq". (Report)
Qeyd edək ki, Dünya Kuboku mayın 2-dən 11-dək təşkil olunacaq.