Abasov Fransa təmsilçisi ilə üz-üzə
- 17 Apr 2024 12:45
- 372
Azərbaycan şahmatçısı Nicat Abasov Kanadanın Toronto şəhərində keçirilən İddiaçılar Turnirində bu gün növbəti görüşünə çıxacaq.
Rekord.az xəbər verir ki, 28 yaşlı qrossmeyster 11-ci turda Fransa təmsilçisi Əlireza Firuzca ilə üz-üzə gələcək.
Qarşılaşma Bakı vaxtı ilə saat 22:30-da başlayacaq. Abasov qara fiqurlarla oynayacaq. O, hazırda 3 xalla sonuncu - 8-ci pillədə qərarlaşıb. Firuzca isə 3,5 xalla yeddincidir.
Yarış aprelin 22-də başa çatacaq. 8 şahmatçının iki dövrədən ibarət mübarizəsində birinci olan qrossmeyster hazırkı dünya çempionu Dinq Lirenlə (Çin) Şahmat Tacı uğrunda oynamaq hüququ əldə edəcək.