Abasov İddiaçılar Turnirində növbəti sınağına çıxacaq
- 21 Apr 2024 13:30
- 367
Azərbaycan şahmatçısı Nicat Abasov Kanadanın Toronto şəhərində keçirilən İddiaçılar Turnirində bu gün növbəti görüşünə çıxacaq.
Rekord.az xəbər verir ki, 28 yaşlı qrossmeyster 14-cü turda Rameşbabu Praqnanandha (Hindistan) ilə üz-üzə gələcək.
Qarşılaşma Bakı vaxtı ilə saat 22:30-da başlayacaq. Abasov ağ fiqurlarla oynayacaq.
Tərəflər arasında keçirilən ilk görüşdə Nicat Abasov məğlub olub - 0:1.
Yarış aprelin 22-də başa çatacaq. 8 şahmatçının iki dövrədən ibarət mübarizəsində birinci olan qrossmeyster hazırkı dünya çempionu Dinq Lirenlə (Çin) Şahmat Tacı uğrunda oynamaq hüququ əldə edəcək.