Abasov yenə heç-heçəyə razılaşdı
- 14 Apr 2024 12:00
- 297
Azərbaycan şahmatçısı Nicat Abasov Kanadanın Toronto şəhərində davam edən İddiaçılar Turnirində növbəti görüşünü Yan Nepomnyaşiya (FIDE) qarşı keçirib.
Rekord.az xəbər verir ki, qara fiqurlarla oynayan 28 yaşlı qrossmeysterimiz 8-ci tur çərçivəsində rusiyalı həmkarı ilə heç-heçəyə razılaşıb.
Abasovla Yan Nepomnyaşi arasında 1-ci tura təsadüf edən görüş də heç-heçə yekunlaşmışdı - 0,5:0,5. Azərbaycan təmsilçisi hazırda 2.5 xalla sonuncu - səkkizinci sırada qərarlaşıb.
Abasov bu gün növbəti görüşünə çıxacaq. O, 9-cu turda ABŞ təmsilçisi Fabiano Karuana (FIDE) ilə üz-üzə gələcək.
Abasov ağ fiqurlarla oynayacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.
Şahmatçılar arasında 2-ci tura təsadüf edən ilk görüşdə təmsilçimiz məğlub olub.