
Abbasovlu ilk toplanış Antalyada baş tutacaq
- 16:00
- 48
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası martın 17-də Bakıda, martın 18-dən 26-dək Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı keçəcək.
Rekord.az xəbər verir ki, hazırlıq çərçivəsində U-21-in martın 22-də Moldova, 25-də isə Şimali Makedoniyanın müvafiq yaş qrupundan ibarət komandası ilə iki yoxlama görüşü təşkil olunacaq. Hər iki qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Yığmanın yeni baş məşqçisi Ayxan Abbasov toplanış üçün 27 futbolçuya dəvət göndərib.
Siyahını sizə təqdim edirik:
S. | Ad / Soyad | Klub |
1 | Rəvan Kazımov | Neftçi |
2 | Xəyal Fərzullayev | Sumqayıt |
3 | Səlim Həşimov | Zirə |
4 | Raul Məmmədov | Mingəçevir |
5 | Nadir Orucov | Sumqayıt |
6 | İbrahim Ramazanov | Qəbələ |
7 | Ayxan Süleymanlı | Sumqayıt |
8 | Emin Rüstəmov | Səbail |
9 | Həmzəali Mikayılov | Sabah |
10 | Fəxri Məmmədli | Şamaxı |
11 | Rüfət Abbasov | Şamaxı |
12 | Sənan Muradlı | Sumqayıt |
13 | Qurban Səfərov | Qarabağ |
14 | Dinamin Bağırov | Turan Tovuz |
15 | Murad Məmmədov | Neftçi |
16 | Nihad Əhmədzadə | Sumqayıt |
17 | Həsən Nəzərli | Ankaragücü (Türkiyə) |
18 | Edqar Adilxanov | Şamaxı |
19 | Şahin İbrahimov | Sabah |
20 | Okan Təhməzli | Cəbrayıl |
21 | Mircamal Əlizadə | Turan Tovuz |
22 | Emil Süleymanov | Qəbələ |
23 | Cavad Kərimov | Kəpəz |
24 | Sadiq Şəfiyev | Kəpəz |
25 | Oruc Məmmədov | Səbail |
26 | Ramil Nurəhmədov | Sabah |
27 | Nihat Mehrəliyev | Qarabağ |