Abbasovun 300-cü oyunu
- 16 Sen 2024 11:20
- 102
Ürfan Abbasov Azərbaycan çempionatlarında 300-cü oyununu keçirib.
Rekord.az xəbər verir ki, “Araz-Naxçıvan”ın 31 yaşlı müdafiəçisinin yubileyi Misli Premyer Liqasının VI turuna təsadüf edib.
Abbasov “Kəpəz”lə ev görüşündə (1:0) əvəzolunmadan meydanda olub.
O, ölkə çempionatları tarixinə 300 və daha çox oyun keçirən 28-ci futbolçu kimi düşüb. Premyer Liqada 2011/12 mövsümündə debüt edən müdafiəçi 3 klubun formasını geyinib. O, “Qəbələ”də 248, “Səbail”də 47, “Araz-Naxçıvan”da 5 dəfə şans qazanıb.
300 matçda 7 qola imza atan Ürfan Qəbələ təmsilçisində 5, paytaxt klubunda 2 dəfə fərqlənib.