Qadın voleybolçulardan ibarət Azərbaycan yığmasının üzvü Ayşən Abduləzimova daha bir uğur qazanıb. "Rekord.az" xəbər verir ki, təcrübəli blokçumuzun şərəfini qoruduğu Macarıstanın "Vasas" klubu Yunanıstanda keçirilən beynəlxalq hazırlıq turnirinin qalibi olub.

Komandasının çempion olduğu yarışda millimizin kapitanı şəxsi uğura da imza atıb. Belə ki, Abduləzimova turnirin "Ən yaxşı blokçusu" seçilib. Voleybolçumuza qızıl medalla yanaşı, fərdi kubok da təqdim olunub.