Abduləzimova bu dəfə məyus oldu
- 04 Dek 2020 11:39
- 783
Türkiyədə qadın voleybolçuların çempionatında növbəti oyunlar baş tutub. "Rekord.az" xəbər verir ki, bu ölkədə çıxış edən Azərbaycan millisinin üzvü AyşənAbduləzimova da meydana çıxıb.
Təcrübəli blokçumuzun şərəfini qoruduğu "Sarıyer BLD" 20-ci tur çərçivəsində "Vakıfbank"la üz-üzə gəlib. Doğma meydanda keçirilən görüş "Sarıyer BLD" üçün uğursuz alınıb. Ayşən və rəfiqələri 3 hissə davam etmiş matçda quru hesablı məğlubiyyətlə barışmalı olublar - 0:3 (19:25, 10:25, 23:25).
Komandasının güclü rəqib qarşısında aciz qaldığı qarşılaşmada yığmamızın üzvü 4 dəfə fərqlənib. Adbuləzimova bu xalların hamısını hücumda qazanıb.