Azərbaycanın qadın voleybolçulardan ibarət yığmasının üzvü Ayşən Abduləzimova Macarıstan çempionatında növbəti oyununa çıxıb. "Rekord.az" xəbər verir ki, təcrübəli blokçumuzun şərəfini qoruduğu "Vasas" 14-cü tur çərçivəsində "Bekescsaba" ilə üz-üzə gəlib. 

Görüş voleybolçumuzun komandası üçün yaxşı başlamayıb. İlk hissədə "Vasas" məğlub olsa da sonradan üstünlüyü ələ ala bilib. 4 set davam edən matçda Ayşən və rəfiqələri 3:1 (23:25, 26:24, 25:22, 25:18) hesablı qələbə qazanıb. 

Komandasının növbəti xallarını qazandığı qarşılaşmada millimizin kapitanı rəqibi 9 dəfə məyus edib. Abduləzimova bu xallardan 5-ni hücumda, 2-ni blokda, 2-ni isə eyslə qazanıb.