Abduləzimova Macarıstan klubundan ayrıldı, öz istəyi ilə
- 23 May 2020 15:05
- 1131
Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Ayşən Abduləzimova Macarıstanın "Vasas" klubundan ayrılıb. "Rekord.az" xəbər verir ki, təcrübəli blokçumuzun müqaviləsinə öz xahişi ilə xitam verilib.
Klubun baş direktoru Martin Sarlos voleybolçumuzun xahişi ilə müqaviləni ləğv etdiklərini bildirib, uğurlar arzulayıb. Sarlos artıq baş məşqçi ilə birlikdə Ayşənin mövqeyinə əcnəbi oyunçu seçimində də nəticə əldə etdiklərini, yaxın günlərdə bununla bağlı açıqlama verəcəklərini söyləyib.
Komanda ilə bir müddət əvvəl müqaviləsini uzadan voleybolçumuz bundan əvvəl iki mövsüm "Vasas"ın formasını geyinib. Ayşən uğurlu çıxışı ilə komandanın aparıcı oyunçuları sırasında yer alıb.