Qadın voleybolçulardan ibarət Azərbaycan yığmasının üzvü Ayşən Abduləzimova Macarıstan kubokunun qalibi olub. "Rekord.az" xəbər verir ki, blokçumuzun formasını geyindiyi "Vasas" həlledici qarşılaşmada "Fatum" klubu ilə üz-üzə gəlib.

"Vasas"ın qələbəsi ilə başa çatan görüşdə millimizin üzvü möhtəşəm oyunu ilə yadda qalıb. Təcrübəli blokçumuz final matçında 23 xal qazanmaqla komandasının  heyətində iki ən məhsuldar voleybolçudan biri olub.

Komandasının kuboku başı üzərinə qaldırdığı qarşılaşmada yığmamızın  kapitanı xallardan 15-ni hücumda qazanıb. Abduləzimova blokda 7 dəfə, 1 dəfə isə eyslə fərqlənib.