Türkiyəli mütəxəssis Abdullah Avcının Azərbaycan milli komandasının baş məşqçi postuna namizəd olduğunu xəbər vermişdik.

Rekord.az xəbər verir ki, 56 yaşlı mütəxəssis artıq qərarını verib. Bu barədə “TRT Spor” telekanalının əməkdaşı məlumat yayıb. Məlumatda, Avcının Azərbaycan millisindən gələn təklifə “yox” cavabı verdiyi bildirilir.

Avcının hazırda istirahət etdiyi və yığmada çalışmaq istəmədiyi bildirilib.

Son olaraq “Beşiktaş”ı çalışdıran Avcı, hazırda işsizdir.